Azərbaycan, Bakı, 18 avqust /Trend/ Ermənistan Silahlı Qüvvələrinin bölmələri altı istiqamətdə atəşkəs rejimini pozub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, düşmən hərbçiləri avqustun 17-də saat 10.00-dan 11.40-dək və 18.00-dan 18.10-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 16.20-dən 16.30-dək Daşkəsən rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 19.10-dan 19.25-dək Göygöl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 20.05-dən 20.15-dək və 22.00-dan 22.15-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Qaraxanbəyli kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 20.50-dən 21.10-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən, avqustun 18-də saat 00.05-dən 00.30-dək Tərtər rayonunun Qızıl Oba kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur.