...

Ermənistan Silahlı Qüvvələrinin bölmələri növbəti dəfə atəşkəs rejimini pozub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 30 Avqust 2010 09:44 (UTC +04:00)
Ermənistan Silahlı Qüvvələrinin bölmələri növbəti dəfə atəşkəs rejimini pozub
Ermənistan Silahlı Qüvvələrinin bölmələri növbəti dəfə atəşkəs rejimini pozub

Azərbaycan, Bakı, 30 avqust /Trend/

Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 29-da saat 13:40-dan 13:50-dək Xocavənd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;

- saat 15:20-dən 15:55-dək Daşkəsən rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;

- saat 17:30-dan 17:45-dək və 18:20-dən 18:30-dək Goranboy rayonu ərazisindəki adsız yüksəkliklərdə və Gülüstan kəndi yaxınlığında yerləşən mövqelərdən;

- saat 21:15-dən 21:30-dək və 23:50-dən 00:00-dək Ağdam rayonunun Yusifcanlı və Sarıcalı kəndləri yaxınlığında yerləşən mövqelərdən;

- avqustun 30-da saat 00:10-dan 00:15-dək və 02:20-dən 02:45-dək Tərtər rayonu Çaylı və Çiləbirt kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrnin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.

Düşmən cavab atəşi ilə susdurulub.

İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti