...

ATƏT-in Minsk qrupunun həmsədrləri sentyabrın 7-də Bakıya səfər edəcəklər - fransalı həmsədr

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 Sentyabr 2010 17:30 (UTC +04:00)
ATƏT-in Minsk qrupunun həmsədrləri sentyabrın 7-də Bakıya səfər edəcəklər. Bu barədə cümə axşamı Trend-ə telefonla Fransadan olan həmsədr Bernar Fasye bildirib.
ATƏT-in Minsk qrupunun həmsədrləri sentyabrın 7-də Bakıya səfər edəcəklər - fransalı həmsədr

Аzərbaycan, Bakı, 2 sentyabr /Trend, müxbir Y.Ostapenko/

ATƏT-in Minsk qrupunun həmsədrləri sentyabrın 7-də Bakıya səfər edəcəklər. Bu barədə cümə axşamı Trend-ə telefonla Fransadan olan həmsədr Bernar Fasye bildirib.

Onun sözlərinə görə, bu, regional səfərdir. Fasye qeyd edib ki, Bakıdan sonra həmsədrlər sentyabrın 8-də Dağlıq Qarabağa, 9-da isə Yerevana səfər edəcəklər.

Fasyenin sözlərinə görə, səfərin detalları dəqiqləşdirilir.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti