...

ATƏT-in Minsk qrupunun yeni ideyaları beynəlxalq hüquqi norma və prinsiplərə uyğun olmalıdır – azərbaycanlı politoloqlar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 Sentyabr 2010 15:11 (UTC +04:00)
ATƏT-in Minsk qrupunun yeni ideyaları beynəlxalq hüquq norma və prinsiplərə uyğun olmalıdır – azərbaycanlı politoloqlar
ATƏT-in Minsk qrupunun yeni ideyaları beynəlxalq hüquqi norma və prinsiplərə uyğun olmalıdır – azərbaycanlı politoloqlar

Azərbaycan, Bakı,15 sentyabr /Trend, müxbir М.Əliyev/

Azərbaycanlı politoloqlar belə hesab edirlər ki, ATƏT Minsk qrupunun yeni ideyaları beynəlxalq hüquq norma və prinsiplərinə uyğun olmalıdır.

"ATƏT Minsk qrupunun yeni ideyalarına beynəlxalq hüquq norma və prinsiplərinə uyğun  rasional fikirlər aid olmalıdır", - bu barədə çərşənbə günü Trend-ə politoloq Fikrət Sadıqov deyib.

ATƏT Minsk qrupunun amerikalı həmsədri Robert Bradtke BBC-yə verdiyi müsahibəsində deyib ki, həmsədrlərin Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə yeni ideyaları var.

"Ötən həftə biz Bakı və Yerevanı bu ideyalarla tanış etmişik. Bundan sonra sentyabrın sonu və oktyabrın əvvəlində təkrar olaraq regiona baş çəkəcəyik", - Bradtke deyib.

Sadıqovun sözlərinə görə, həmsədrlərin yeni ideyaları "Ermənistan və Azərbaycanı sakitləşdirmək" barəsində növbəti fikirlərlə bağlıdırsa, onda heç nə alınmayacaq.

"Əgər Minsk qrupu bu vaxta qədər Ermənistandan Madrid prinsipləri üzrə təkliflərinə aydın cavab ala bilməyibsə, onda Ermənistanın Minsk qrupunun irəli sürdüyü yeni ideyalara necə reaksiya verəcəyini bilmirəm", - Sadıqov deyib.

Politoloqun fikrincə, belə hiss olunur ki, Minsk qrupu və bir çox beynəlxalq təşkilatlar bu qətnamə üzrə qəbul edilmiş məsələlərin kolleksiyası ilə məşğul olurlar.

"Məsələnin ən kiçik və sadə tərəfi qalır - Ermənistana işğal etdiyi Azərbaycan torpaqlarını azad etmək üçün işğalçı ölkə kimi təzyiq göstərmək", - Sadıqov deyib.

Azərbaycanlı politoloq Rasim Ağayevin fikrincə, əgər söhbət prinsipial olaraq hansısa yeni ideyadan gedirsə, onda bu, Qarabağın statusuna da aid olmalıdır.

"Lakin belə güman edirəm, söhbət yeni vəziyyət adı altında şərh olunmuş köhnə ideyalardan gedir. Yeni düzəlişlərin əlavə oluna biləcəyi köhnə planın gerçəkləşdirilməsinə cəhd olunur", - Ağayev deyib.

"Çətinlik ondadır ki, əgər yeni ideyalar varsa, onda təşəbbüs tərəflərdən birinə aid olmalıdır - belə ki, münaqişə iştirakçısının özü təşəbbüslə çıxış edirsə, onda ictimaiyyətin etibarını qazanır və məsuliyyət onun üzərinə düşür", - politoloq belə hesab edir.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti