...

Geyts Dağlıq Qarabağda zorakılığın qarşısının alınması üçün səylərin vacibliyini zəruri sayır - Pentaqon

Ermənistan-Azərbaycan münaqişəsi Materials 16 Sentyabr 2010 12:47 (UTC +04:00)
ABŞ müdafiə naziri Robert Geyts Dağlıq Qarabağda zorakılığın qarşısının alınması üçün "səylərin dirçəldilməsi"ni zəruri hesab edir.
Geyts Dağlıq Qarabağda zorakılığın qarşısının alınması üçün səylərin vacibliyini  zəruri sayır - Pentaqon

ABŞ müdafiə naziri Robert Geyts Dağlıq Qarabağda zorakılığın qarşısının alınması üçün "səylərin dirçəldilməsi"ni zəruri hesab edir. Bu barədə Pentaqon nümayəndəsi ABŞ Hərbi İdarəsinin rəhbəri ilə RF müdafiə naziri arasında danışıqların yekunlarını şərh edərkən bildirib. İTAR-TASS bu barədə xəbər verir.

"Tərəflər Azərbaycanla Ermənistan arasında bu yaxınlarda baş vermiş toqquşmalarla bağlı qısa müzakirələr aparıblar", - adının açıqlanmasını istəməyən Pentaqon əməkdaşı bildirib. Onun sözlərinə görə, "Biz Dağlıq Qarabağda zorakılığın qarşısının alınması üçün səyləri dirçəltməliyik".

ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi onu da qeyd edib ki, tərəflər Qafqaz üzrə məsələlərin tam spektrini nəzərdən keçiriblər. "Geyts 2008-ci ilin avqustunda imzalanmış atəşkəs rejimi sazişinə əməl olunmasının zəruriliyini qeyd edib və Rusiya tərəfini onun regiondakı silahlı qüvvələrlə bağlı şəffaflığa daha çox əməl etməyə çağırıb".

Həmçinin, onun sözlərinə görə, "İran da daxil olmaqla, Yaxın Şərq üzrə qısa müzakirələr aparılıb". Geyts, həmçinin, "İrana qarşı sanksiyalar sahəsində əməkdaşlığa görə minnətdarlığını bildirib".

Xəbər lenti

Xəbər lenti