...

Rusiyanın vəzifəsi Bakı və Yerevan arasında dialoq yaratmaqdır - politoloq Kiril Tanayev

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 Sentyabr 2010 14:36 (UTC +04:00)

Rusiya, Moskva, 22 sentyabr /Trend, müxbir А.Qasımova/

Cənubi Qafqaz ölkələri bu gün, mürəkkəb millətlərarası vəziyyət və dondurulmuş münaqişələri nəzərə alsaq, çətin dövrünü yaşayır, - "Effektiv Siyasət" Fondunun direktoru Kiril Tanayev belə hesab edir.

"Qafqaz - strateji cəhətdən Rusiya üçün vacibdir, bizim üçün regionda sülh və sabitlik mühüm məsələdir və bu gün Rusiyanın vəzifəsi Bakı və Yerevan arasında dialoqun yaranmasına yardım etməkdir", - Tanayev Moskvadakı mətbuat konfransında Trend-in jurnalistinin sualına cavab verərkən deyib.

"Rusiya özünün strateji tərəfdaşları - Ermənistan və Azərbaycan arasında münaqişənin sülh yolu ilə həllinə çalışır", - o qeyd edib.

"Lakin hələ Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll olunacağını görmürəm, amma əminəm ki, tarixi perspektivdə bu öz həllini tapacaq", - Tanayev deyib.

Onun sözlərinə görə, bu gün münaqişənin həlli və tərəflərin qarşılıqlı anlaşmaya nail olması üçün ATƏT-in Minsk qrupu böyük töhfələr verir.

"Üçlüyün formatı - Rusiya, ABŞ və Fransa - çox uğurludur və ondan maksimal istifadə etmək vacibdir", - ekspert belə hesab edir.

Tanayevin fikrincə, bu gün Moskvanın vəzifəsi - tərəflərə kompromisə getməkdə yardım etmək və regionda gərginliyin dərəcəsini azaltmaqdır.

"Prezident Dmitri Medvedevin Azərbaycan və Ermənistana bu yaxınlardakı səfərləri pis nəticə verməyib və Rusiyanın hər iki ölkəyə bərabər və yaxşı münasibət bəslədiyini nümayiş etdirib", - ekspert söyləyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti