...

Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəsi bir neçə istiqamətdə pozub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 Oktyabr 2010 10:48 (UTC +04:00)
Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəsi bir neçə istiqamətdə pozub

Azərbaycan, Bakı, 11 oktyabr /Trend/

Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 10-u saat 09:40-dan 09:55-dək Ermənistanın İcevan rayonunun Berkaber kəndi yaxınlığında yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi;

Saat 11:40-dan 11:50-dək, 19:40-dan 19:55-dək Goranboy rayonu Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən;

Saat 21:00-dan 21:25-dək Tərtər rayonunun Seysulan kəndi yaxınlığında yerləşən mövqelərdən;

Saat 22:25-dən 22:30-dək, 22:30-dan 22:45-dək və 22:40-dan 22:50-dək Füzuli rayonunun Horadiz və Qorqan kəndi yaxınlığında yerləşən adsız yüksəkliklərdən;

23:10-dan 23:30-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığındakı mövqelərdən

Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.

Düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti