...

Erməni işğalını əks etdirən kitab çap edilib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 Oktyabr 2010 12:42 (UTC +04:00)
Trend Beynəlxalq İnformasiya Agentliyinin konfrans zalında çərşənbə günü Roza Əliqızının "Erməni işğalı" kitabının təqdimatı keçirilib.
Erməni işğalını əks etdirən kitab çap edilib

Azərbaycan, Bakı, 20 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğalı haqqında kitab oxuculara təqdim olunub. Trend Beynəlxalq İnformasiya Agentliyinin konfrans zalında çərşənbə günü Roza Əliqızının "Erməni işğalı" kitabının təqdimatı keçirilib.

Müəllif, ehtiyatda olan zabit, "Əsgər ailəsi" Cəmiyyətinin rəhbəri Roza Əliqızı bildirib ki, kitab Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən layihə çərçivəsində nəşr edilib.

"Erməni işğalı" kitabına düşmən işğalına məruz qalmış ərazilərimiz, yurd-yuvalarını itirmiş məcburi köçkünlərin həyat tərzi ilə bağlı xatirələr, bədii sənədli hekayələr, publisistik yazılar və məqalələr daxildir.

Nəşrdə 1905-ci ildən bu günədək erməni işğalının tarixi, işğal olunmuş rayonlar, şəhidlər, Milli Qəhrəmanlar barədə məlumatlar da toplanıb.

Kitaba Milli Qəhrəman Mübariz İbrahimov barədə məlumatlar da daxil edilib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti