...

Ermənistan parlamentində separatçı "Dağlıq Qarabağ Respublikası"nın tanınması üzrə səsvermə baş tutmayıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 9 Dekabr 2010 14:33 (UTC +04:00)
Bu günə Ermənistan parlamentində Ermənistan tərəfindən separatçı "Dağlıq Qarabağ Respublikası"nın müstəqilliyinin tanınması haqqında qanun layihəsi üzrə səsvermə planlaşdırılmışdı, "PanArmenian" məlumat verib.
Ermənistan parlamentində separatçı "Dağlıq Qarabağ Respublikası"nın tanınması üzrə səsvermə baş tutmayıb

Bu günə Ermənistan parlamentində Ermənistan tərəfindən separatçı "Dağlıq Qarabağ Respublikası"nın müstəqilliyinin tanınması haqqında qanun layihəsi üzrə səsvermə planlaşdırılmışdı, "PanArmenian" məlumat verib. Koalisiya qüvvələri bəyan ediblər ki, səsvermədə iştirak etməyəcəklər. Öz növbəsində, "İrs" müxalifət partiyasının lideri Raffi Ovanesyan "bu, ümummilli məsələdir" deyərək, koalisiyanı səsvermədə iştiraka səsləyib. Nəticədə kvorumun alınmaması səbəbindən səsvermə baş tutmayıb.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır. BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti