...

Azərbaycan ABŞ-ın yeni səfirindən Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Vaşinqtonun rolunun fəallaşması üçün səylər gözləyir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 30 Dekabr 2010 14:51 (UTC +04:00)
Azərbaycan ABŞ-ın yeni səfirindən Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Vaşinqtonun rolunun fəallaşması məsələsində səylər gözləyir.
Azərbaycan ABŞ-ın yeni səfirindən Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Vaşinqtonun rolunun fəallaşması üçün səylər gözləyir

Azərbaycan, Bakı, 30 dekabr/Trend, müxbir M.Əliyev/

Azərbaycan ABŞ-ın yeni səfirindən Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Vaşinqtonun rolunun fəallaşması məsələsində səylər gözləyir.

"Azərbaycan gözləyir ki, yeni səfir Metyu Brayza ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında ABŞ-ın rolunun fəallaşmasına xidmət edəcək", - cümə axşamı jurnalistlərə hakim Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov deyib.

ABŞ Prezidenti Barak Obama Metyu Brayzanı Azərbaycana səfir təyin edib.

Əhmədovun sözlərinə görə, hazırda Azərbaycan xalqı üçün prioritet məsələ Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllidir.

"ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupunun həmsədridir. İndiyə kimi Minsk qrupu Azərbaycanı qane edəcək nəticələrə nail olmayıb, münaqişə həll edilməmiş qalır. Təbii, buna görə müəyyən dərəcədə məsuliyyət ABŞ-ın da üzərinə düşür", - hakim partiyanın sədr müavini qeyd edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır. BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti