...

Litvanın ATƏT-ə sədrliyi inqilabi olmayacaq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Yanvar 2011 12:52 (UTC +04:00)
Litvanın ATƏT-ə sədrliyi inqilabi olmayacaq, belə ki ATƏT əldə olunmuş tərəqqinin "qızıl qədər" dəyərli olduğu təşklilatdır. Bu barədə ATƏT-in uzunmüddətli münaqişələr üzrə sədrinin xüsusi nümayəndəsi Gedrus Çekuolis deyib, "The Baltic Course" xəbər verir.
Litvanın ATƏT-ə sədrliyi inqilabi olmayacaq

Аzərbaycan, Bakı, 6 yanvar /Trend/

Litvanın ATƏT-ə sədrliyi inqilabi olmayacaq, belə ki ATƏT əldə olunmuş tərəqqinin "qızıl qədər" dəyərli olduğu təşklilatdır. Bu barədə ATƏT-in uzunmüddətli münaqişələr üzrə sədrinin xüsusi nümayəndəsi Gedrus Çekuolis deyib, "The Baltic Course" xəbər verir.

Litva ATƏT-ə sədrliyi yanvarın 1-də Qazaxıstandan alıb.

"Sədrliyin məqsədi artıq mövcud olan mexanizmlərdən istifadə etməklə üzv ölkələrin siyasi müstəqilliyini fəallaşdırmaq yolu ilə uzunmüddətli münaqişələrdə tərəqqiyə can atmaqdır", - o, deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti