...

Azərbaycan, Rusiya və Ermənistan liderləri Dağlıq Qarabağ nizamlaması üzrə bəyannamə qəbul ediblər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 Mart 2011 18:16 (UTC +04:00)
Azərbaycan, Rusiya və Ermənistan prezidentləri danışıqların yekunları üzrə Dağlıq Qarabağ nizamlaması üzrə birgə bəyannamə qəbul ediblər.
Azərbaycan, Rusiya və Ermənistan liderləri Dağlıq Qarabağ nizamlaması üzrə bəyannamə qəbul ediblər

Azərbaycan, Rusiya və Ermənistan prezidentləri danışıqların yekunları üzrə Dağlıq Qarabağ nizamlaması üzrə birgə bəyannamə qəbul ediblər.

Sənəddə qeyd edildiyinə görə, liderlər 2010-cu il oktyabrın 27-də Həştərxanda qəbul etdikləri üçtərəfli bəyannamənin praktiki surətdə həyata keçirilməsi məsələlərini müzakirə ediblər. Xüsusilə prezidentlər qısa müddət ərzində hərbi əsirlərin mübadiləsini başa çatdırmaq barədə razılığa gəliblər.

Bundan başqa, sənəddə "bütün mübahisəli məsələləri dinc vasitələrlə həll etmək və atəşkəs xətti yaxınlığında mümkün insidentlərin ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsinin köməyi ilə ATƏT-in Minsk qrupunun həmsədrlərinin himayəsi altında tərəflərin iştirakı ilə araşdırılmasının aparılması" səyləri qeyd edilir.

"Prezidentlər Dağlıq Qarabağ nizamlaması məsələləri üzrə mütəmadi əlaqələrinin mühüm əhəmiyyətini qeyd ediblər və ATƏT-in Minsk qrupu həmsədrlərinin işinə əlavə olaraq onları bu formatda davam etdirmək barədə razılığa gəliblər", - bəyanatda deyilir.

Soçidəki görüş Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin səkkizinci üçtərəfli görüşdür.

Belə formatda bundan əvvəlki görüş ötən il oktyabrın 27-də Həştərxanda keçirilib. Həştərxanda Azərbaycan, Rusiya və Ermənistan prezidentləri İlham Əliyev, Dmitri Medvedev və Serj Sarkisyanın danışıqlarının yekunları üzrə Dağlıq Qarabağ münaqişəsinin tərəfləri - Azərbaycan və Ermənistan arasında hərbi əsirlərin qaytarılmasını və humanitar xarakter daşıyan bəyannamə imzalanıb.

Xəbər lenti

Xəbər lenti