...

ATƏT-in faktaraşdırıcı missiyasının hesabatı Ermənistanın təcavüzkar siyasətini sübut edən sənəddir - Bayram Səfərov

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 Mart 2011 12:30 (UTC +04:00)
ATƏT-in faktaraşdırıcı missiyasının hesabatı Ermənistanın təcavüzkar siyasətini sübut edən növbəti beynəlxalq sənəddir.
ATƏT-in faktaraşdırıcı missiyasının hesabatı Ermənistanın təcavüzkar siyasətini sübut edən sənəddir - Bayram Səfərov

Azərbaycan, Bakı, 28 mart /Trend, müxbir T.Hacıyev/

ATƏT-in faktaraşdırıcı missiyasının hesabatı Ermənistanın təcavüzkar siyasətini sübut edən növbəti beynəlxalq sənəddir. Trend-in məlumatına görə, bu barədə "Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması" İctimai Birliyinin sədri Bayram Səfərov Hakim Yeni Azərbaycan Partiyasının (YAP) rəsmi saytına açıqlamasında bildirib.

"ATƏT-in faktaraşdırıcı missiyasının hesabatı Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz məskunlaşmanın aparılmasını bir daha təsdiqləyir", - Səfərov əlavə edib.

O bildirib ki, artıq işğalçı Ermənistan beynəlxalq hüquqa zidd addımlarını dünya ictimaiyyətindən gizlədə bilmir. Onun sözlərinə görə, bu hesabat Ermənistanın təcavüzkar siyasətini sübut edən növbəti beynəlxalq sənəddir.

"Hesabatda bildirilir ki, işğal olunmuş ərazilərdə məskunlaşdırılmış insanların şəxsiyyətini təsdiq edən heç bir sənəd yoxdur. Bu faktın özü qanunsuz məskunlaşmanı əyani şəkildə təsdiqləyir. Artıq Ermənistanın işğalçı mahiyyəti bir daha təsdiqləndi. Beynəlxalq birlik bundan sonra işğalçı Ermənistana qarşı təziyqlər etməlidir ki, Azərbaycanın torpaqlarından çıxsın. İnsanlar öz doğma torpaqlarına qayıtmaq istəyir və bu, belə də olacaq", - Səfərov vurğulayıb.

Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən həyata keçirilən qeyri-qanuni fəaliyyət, o cümlədən qanunsuz məskunlaşma təcrübəsi, iqtisadi istismar və bu ərazilərin viran edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının müraciəti əsasında ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi ətrafında olan işğal edilmiş ərazilərdə ümumi vəziyyətin dəyərləndirilməsi məqsədilə 7-12 oktyabr 2010-cu il tarixlərində sahə qiymətləndirmə missiyasını (SQM) həyata keçiriblər.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti