...

Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdə atəşkəsi pozub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 Aprel 2011 10:00 (UTC +04:00)
Müdafiə Nazirliyinin mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, düşmən hərbçiləri aprelin 6-da saat 21.30-dan 21.40-dək Ermənistan Respublikasının İcevan rayonunun Ayqovit kəndində yerləşən mövqelərdən Qazax rayonunun Bala Cəfərli kəndində yerləşən mövqelərimizi atəşə tutublar.
Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdə atəşkəsi pozub

Azərbaycan, Bakı, 7 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəsi 3 istiqamətdə pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, düşmən hərbçiləri aprelin 6-da saat 21.30-dan 21.40-dək Ermənistan Respublikasının İcevan rayonunun Ayqovit kəndində yerləşən mövqelərdən Qazax rayonunun Bala Cəfərli kəndində yerləşən mövqelərimizi atəşə tutublar.

Gəmin gün saat 23.14-dən 23.20-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən, aprelin 7-də saat 02.10-dan 02.15-dək və 02.20-dən 02.27-dək Füzuli rayonunun Aşağı Seyidəhmədli, Alxanlı və Qaraxanbəyli kəndləri yaxınlığında yerlələş mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti