...

Berlində Şuşanın işğalının 19-cu ildönümünə həsr edilmiş tədbir keçiriləcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 3 May 2011 13:12 (UTC +04:00)
Berlində Azərbaycan tarixinin və mədəniyyətinin beşiyi sayılan Şuşanın ermənilər tərəfindən işğalının 19-cu ildönümünə həsr edilmiş tədbir keçiriləcək.
Berlində Şuşanın işğalının 19-cu ildönümünə həsr edilmiş tədbir keçiriləcək

Azərbaycan, Bakı, 3 may /Trend/

Berlində Azərbaycan tarixinin və mədəniyyətinin beşiyi sayılan Şuşanın ermənilər tərəfindən işğalının 19-cu ildönümünə həsr edilmiş tədbir keçiriləcək.

Dasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, "Şuşa: səssiz-səmirsiz şəhər" adlı tədbir mayın 8-də Almaniya paytaxtındakı "Berlin-Bakı" qalereyasında təşkil ediləcək.

Qalereyanın icraçı direktoru doktor İbrahim Əhrari və Almaniya Azərbaycanlılarının Koordinasiya Mərkəzinin icraçı direktoru Samirə Pattser-İsmayılova tədbirdə çıxış edəcəklər. Potsdam Universitetinin professoru Vilfrid Fuxrman "Şuşa - mədəni irsi məhv etməyə çalışanlar" mövzusunda mühazirə ilə çıxış edəcək.

"Şuşanın dağları başı dumanlı" adlı musiqili kompozisiya səsləndiriləcək.

Xəbər lenti

Xəbər lenti