...

Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsi üzrə ATƏT-in Minsk qrupunun işinə cəlb olunmağa hazırlaşmır - səfir Kobia

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 May 2011 14:34 (UTC +04:00)
Avropa İttıfaqı ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk qrupunun fəaliyyətini və onun işinin əsaslandığı prinsipləri tam dəstəkləyir.
Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsi üzrə ATƏT-in Minsk qrupunun işinə cəlb olunmağa hazırlaşmır - səfir Kobia

Azərbaycan, Bakı, 26 may /Trend, müxbir Y.Ostapenko/

Avropa İttıfaqı ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk qrupunun fəaliyyətini və onun işinin əsaslandığı prinsipləri tam dəstəkləyir. Trend-in məlumatına görə, bunu Bakıda mətbuat konfransında Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Rolan Kobia qurumun yeni məruzəsində təşkilatın münaqişənin tənzimlənməsində fəallaşmasının qeyd edilməsini şərh edərkən deyib.

"Aİ uzunsürən münaqişələrin həllində iştirakını gücləndirməyə hazırdır", - mayın 25-də təqdim edilən "Yenilənmiş Avropa Qonşuluq Siyasəti" məruzəsində deyilir.

"Aİ hələ təmsil olunmadığı, məsələn, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupu kimi formatlarda iştirakını fəallaşdırmağa hazır olmalıdır", - məruzədə deyilir.

"Aİ heç vaxt ATƏT-in Minsk qrupuna qoşulmağa dəvət edilməyib, lakin biz faydalı olmaq və qrupun çərçivəsindən kənarda əlimizdən gələni etmək istəyirik", - səfir bildirib.

Azərbaycan və Aİ-nin əməkdaşlığının müsbət aspektlərindən danışan Kobia qeyd edib ki, münaqişənin sülh yolu ilə nizamlanması üzrə danışıqlar yüksək səviyyədə davam edir. Bu, əsirlərin mübadiləsinə və Astana sammitində münaqişə tərəflərinin birgə bəyanat qəbul etməsinə imkan verib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır. BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti