...

ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfər tarixi məlum olub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 İyun 2011 11:34 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupunun ABŞ, Fransa və Rusiyadan olan həmsədrləri Robert Bradtke, Bernar Fasye və İqor Popov gələn həftə regiona səfər edəcəklər. Bu barədə Trend -ə yüksək rütbəli diplomatik mənbə məlumat verib. O qeyd edib ki, səfərin dəqiq tarixi hələ dəqiqləşdirilir.
ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfər tarixi məlum olub

Azərbaycan , Bakı , 4 iyun / Trend , müxbir E.Tarıverdiyeva/

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupunun ABŞ, Fransa və Rusiyadan olan həmsədrləri Robert Bradtke, Bernar Fasyeİqor Popov gələn həftə regiona səfər edəcəklər. Bu barədə Trend -ə yüksək rütbəli diplomatik mənbə məlumat verib. O qeyd edib ki, səfərin dəqiq tarixi hələ dəqiqləşdirilir.

Mənbənin sözlərinə görə, həmsədrlərin regiona səfərindən sonra və Kazanda Azərbaycan, Rusiya və Ermənistan prezidentləri İlham Əliyev, Dmitri Medvedev və Serj Sarkisyanın görüşünə qədər Rusiya XİN rəhbərinin iştirakı ilə Dağlıq Qarabaq münaqişəsi tərəflərinin xarici işlər nazirlərinin görüşü gözlənilir.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti