...

Ermənistan azərbaycanlı uşağın öldürülməsinin araşdırılması yerinə başını qumda gizlədir - XİN

Ermənistan-Azərbaycan münaqişəsi Materials 16 İyul 2011 23:40 (UTC +04:00)
"Ermənistan azərbaycanlı uşağın öldürülməsinin araşdırılması yerinə başını qumda gizlədir." Bunu şənbə günü Trendə Azərbaycan XİN-in rəsmi nümayəndəsi Elxan Poluxov Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçaryanın bəyanatını şərh edərək dedi.
Ermənistan azərbaycanlı uşağın öldürülməsinin araşdırılması yerinə başını qumda gizlədir - XİN

Azərbaycan, Bakı, 16 iyul /Trend, müxbir S. Ağayeva/

"Ermənistan azərbaycanlı uşağın öldürülməsinin araşdırılması yerinə başını qumda gizlədir." Bunu şənbə günü Trendə Azərbaycan XİN-in rəsmi nümayəndəsi Elxan Poluxov Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçaryanın bəyanatını şərh edərək dedi.

"Ermənistan rəhbərliyi, əsaslı və inandırıcı sübutları olmayanda Koçaryanı səhnəyə buraxırlar. Bu, erməni diplomatiyasının səviyyəsidir", Poluxov dedi.

O, təəsüflə bildirdi ki, növbəti dəfə də Koçaryanın sözlərini şərh etmək mümkün deyil.

Bir müddət qabağ Ermənistanın xarici işlər nazirinin müavini Şavarş Koçaryan dedi ki, "görünür, bu cür boş ittihamların məqsədi Azərbaycanda həyata keçirilən antierməni və rasist təbliğatın daha da gücləndirilməsi, və tərəflər arasında etibarsızlığı dərinləşdirməkdir. Azərbaycan rəhbərliyi bu cür addımlarla qəbul etdikləri "ya hər şey, ya da heç nə" prinsipin tətbiqinin mümkünsüzlüyünü başa düşmək istəməyərək, qeyzli fəndlərlə xalqın qabağında üzərinə götürülmüş məsuliyyətdən qaçmaq istəyir."

Azərbaycanın Tovuz rayonunun Ermənistanla həmsərhəd olan Əlibəyli kəndində partlayıcı qurğunun işə düşməsi nəticəsində 1998-ci il təvəllüdlü Şahmalıyeva Aygün Zirəddin qızı həlak olub, onun anası 1979-cu il təvəllüdlü Şahmalıyeva Elnarə Məmmədtağı qızı isə bədəninin bud nahiyəsindən xəsarət alaraq yaralanıb.

Partlayıcı qurğu quraşdırılmış "itəbənzər" uşaq oyuncağı ermənilər tərəfindən Əlibəyli kəndinə daxil olan Tovuz çayına buraxılıb.

Həmin ərazidə oynayan Cəfərov Elsəvər Həsən oğlu və Şahmalıyeva Aygün Zirəddin qızı oyuncağı taparaq Cəfərov Həsənin evinə gətiriblər. Evdə oynayan zaman Aygün Şahmalıyeva oyuncağı masanın üstünə vurub və nəticədə partlayış baş verib.

Şahmalıyevlər ailəsi Rusiyanın Sankt-Peterburq şəhərində yaşayır. Ailə üzvləri Əlibəyli kəndinə qohumlarının yanına qonaq gəliblər.

Faktla bağlı Tovuz rayon prokurorluğu araşdırma aparır.
1994-cü ildə də həmin ərazidə analoji hadisə baş vermişdi. Belə ki, ermənilər tərəfindən çaya buraxılan oyuncağı götürərkən partlayışın baş verməsi nəticəsində iki azyaşlı uşaq həlak olmuş, biri isə yaralanmışdı.

"Hər hansı bir mədəni dövlət kimi faktla bağlı araşdırma aparmaqdansa, erməni rəhbərliyi başını quma gizlədərək bayırda Koçaryanı saxlayır", - deyə Poluxov bildirib.

Onun sözlərinə görə, uşaqlara qarşı törədilən istənilən cinayətlər insanın ən aşağı düşmə nöqtəsidir, və erməni rəhbərliyi buna müvəffəq olub", Poluxov bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti