...

Qarabağ münaqişəsinin tənzimlənməsinə dair İctimai Şuranın növbəti iclası keçirilib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 İyul 2011 18:54 (UTC +04:00)
Qarabağ münaqişəsinin tənzimlənməsinə dair İctimai Şuranın növbəti iclası keçirilib.
Qarabağ münaqişəsinin tənzimlənməsinə dair İctimai Şuranın növbəti iclası keçirilib

Azərbaycan, Bakı, 20 iyul /Trend/

Qarabağ münaqişəsinin tənzimlənməsinə dair İctimai Şuranın növbəti iclası keçirilib.

Şuradan Trend-ə verilən məlumata görə, iclasda Arzu Abdullayevanın son Brüssel səfəri və Avropa strukturlarında Qarabağla bağlı müzakirələrin nəticələri, Eldar Namazovun son iclasda öhdəliyinə götürdüyü "Regionda güclərin balansını dəyişə biləcək proseslərin modelləri və onların Qarabağ münaqişəsinin həllinə təsir variantları" mövzusunda siyasi yazısı və bir necə təşkilati məsələlər müzakirə olunub.

Politoloq Eldar Namazovun siyasi yazısı barədə görüş iştirakçılarına qısa məlumat verildikdən sonra yazı ətrafında müzakirələr davam edib.

Şura üzvü Arzu Abdullayeva səfəri barədə məlumat verib. O qeyd edib ki, iyulun 7-də Avropa Parlamentində Qarabağ münaqişəsinə həsr olunmuş iclas keçirilib. Hüquq müdafiəçisi son iclasın əvvəlkilərdən fərqləndiyini və avropalı diplomatların fikirlərinin Azərbaycanın xeyrinə dəyişdiyini bildirib. "Misal üçün, avropalı deputat Ulrike Lunacek maraqlı sualla çıxış edib: niyə Qarabağ münaqişəsi məsələsində Azərbaycanın ərazi bütövlüyü ilə yanaşı, xalqların öz müqəddəratını təyinetmə prinsipini vurğulayırıq? Xanım Ulrike nitqi zamanı Ermənistanın zəbt olunmuş ərazilərdən qoşunlarını çıxarmalı olduğunu deyib", - Abdullayeva bildirib.

"Ketrin Eşton öz çıxışı zamanı Qarabağ münaqişəsinin sentyabr ayına kimi həll olunması üçün Avropa İttifaqının səylərini artırmalı olduğunu bildirib. Artıq Azərbaycan və Ermənistana Şərq Tərəfdaşlığı Müqaviləsinin (ŞTM) imzalanmasına kimi Qarabağ münaqişəsini həll etmək üçün müraciət edilib", - o deyib.

Abdullayevanın rəyinə görə, Azərbaycan və Ermənistan qarşısında münaqişənin həll olunması şərt kimi qoyulub, əks halda ölkələr ŞTM-dən kənarda qalacaq. Şərtlər Ermənistana qarşı təzyiqləri artırır. Əksər avropalı deputatlar ermənilərin zəbt olunmuş ərazilərdən qoşunlarını çıxartmalı olduğunu deyiblər.

Xəbər lenti

Xəbər lenti