...

Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri azərbaycanlı əsirə baş çəkib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 17 Avqust 2011 12:44 (UTC +04:00)
BQXK-nin Azərbaycan nümayəndəliyinin mətbuat katibi Şəhla Qəhrəmanova Trend-ə bildirib ki, qurumun nümayəndələri tərəfindən əsirin saxlanma şəraitinin monitorinqi aparılıb.
Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri azərbaycanlı əsirə baş çəkib

Azərbaycan, Bakı, 17 avqust /Trend, müxbir K.Zərbalıyeva/

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Ermənistandakı nümayəndələri azərbaycanlı əsirə baş çəkib.

BQXK-nin Azərbaycan nümayəndəliyinin mətbuat katibi Şəhla Qəhrəmanova Trend-ə bildirib ki, qurumun nümayəndələri tərəfindən əsirin saxlanma şəraitinin monitorinqi aparılıb.

Ailəsinin məktubu əsirə çatdırılıb. Əsirdən isə ailəsinə çatdırılması üçün məktub alınıb.

Ermənistanda saxlanılan kiçik çavuş Roman Hüseynov Ermənistan Silahlı Qüvvələri tərəfindən 2010-cu il avqustun 27-də əsir götürülüb.

Azərbaycanda isə hazırda 3 erməni hərbi əsir, bir ailənin 5 üzvü saxlanılır.

Bir müddət öncə isə Azərbaycan əsirlikdə olan 3 erməni hərbçini onların razılığı ilə üçüncü ölkəyə göndərib.

Cenevrə konvensiyalarına əsasən fəaliyyət göstərən BQXK Azərbaycanda və Ermənistanda Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar 1992-ci ildən etibarən işləyir.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti