...

Dağlıq Qarabağın müvəqqəti statusunun müəyyən edilməsi üçün Ermənistan SQ işğal olunmuş əraziləri tərk etməlidir - Azərbaycan XİN

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 Sentyabr 2011 16:49 (UTC +04:00)
Dağlıq Qarabağın statusunun müəyyən edilməsi yenilənmiş Madrid sənədinin əsas baza prinsiplərindən biridir.
Dağlıq Qarabağın müvəqqəti statusunun müəyyən edilməsi üçün Ermənistan SQ işğal olunmuş əraziləri tərk etməlidir - Azərbaycan XİN

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 2 sentyabr /Trend, müxbir E.Tarıverdiyeva/

Dağlıq Qarabağın statusunun müəyyən edilməsi yenilənmiş Madrid sənədinin əsas baza prinsiplərindən biridir, lakin müvəqqəti status məsələsinin həll edilməsi üçün Ermənistan Silahlı Qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərini tərk etməlidirlər ki, bu da regiondakı ümumi ab-havaya müsbət təsir edəcək. Bu barədə cümə gün Trend-ə Azərbaycan XİN-in mətbuat katibi Elman Abdullayev bildirib.

"Bu həm də Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağın müvəqqəti statusunun müəyyən edilməsi işinə keçməyə imkan verəcək", - Abdullayev deyib.

Qondarma "Dağlıq Qarabağ respublikası"nın elan edilməsinin 20 illiyinə həsr edilmiş tədbirdə Ermənistan Prezidenti Serj Sarkisyan bəyan edib ki, Dağlıq Qarabağ gələcəkdə bu gün malik olduğundan daha aşağı statusa malik ola bilməz.

"Konkret hərəkətlərə keçməyin, populizmlə məşğul olmaqdan əl çəkməyin və sülh sazişi üzərində işləməyə başlamağın vaxtı çatdığını təkrar etməyə dəyər. Təəssüf ki, erməni tərəfi konstruktivlik göstərmir", - Azərbaycan XİN-in nümayəndəsi deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti