...

Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə görülmüş işlər barədə hesabat veriblər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 Sentyabr 2011 21:28 (UTC +04:00)
ATƏT-in Minsk qrupunun həmsədrləri dekabr ayında Vilnüsdə keçiriləcək ATƏT-in Nazirlər Şurasından əvvəl fəaliyyət planını müzakirə etmək və əlaqələndirmək üçün sentyabrın 7-də Vyanada görüşüblər.
Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə görülmüş işlər barədə hesabat veriblər

Azərbaycan, Bakı, 8 sentyabr /Trend/

ATƏT-in Minsk qrupunun həmsədrləri Bernar Fasye, Robert Bradtke, İqor Popov və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşik dekabr ayında Vilnüsdə keçiriləcək ATƏT-in Nazirlər Şurasından əvvəl fəaliyyət planını müzakirə etmək və əlaqələndirmək üçün sentyabrın 7-də Vyanada görüşüblər. Trend-in məlumatına görə, bu barədə təşkilatın press-relizində deyilir.

Həmsədrlər Minsk qrupunu Erməinstan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupunun hər üç həmsədr ölkəsinin nümayəndələri ilə yüksəksəviyyəli müntəzəm danışıqlar barədə məlumatlandırıblar. Eyni zamanda, onlar atəşkəs rejiminin möhkəmləndirilməsi və hərtərəfli sülh sazişi üçün əsas kimi baza prinsiplərinin qəbulu ilə bağlı konkret səyləri təqdim ediblər.

Həmsədrlər sülh prosesinin bu və ya digər aspektlərinin gələcək müzakirəsi üçün sentyabrın 8-də ATƏT-in baş katibi Lamberto Zanyerlə görüşüblər.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti