• Bizim Məhsullar
  • Xəbər terminalı
  • RU
  • AZ
  • EN
  • TR
  • FA
Day.Az Milli.Az
  • Daxil ol
  • Qeydiyyatdan keç
Trend.Az
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Maliyyə
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Maliyyə
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Trend Photo
  • Daxil ol
  • Qeydiyyatdan keç
  • Əsas səhifə
  • Gündəm
  • Dağlıq Qarabağ Münaqişəsi

Belçika parlamentində Xocalı soyqırımının müzakirəsi gözlənilir

6 Yanvar 2012 14:02 (UTC+04:00)
  • 0
  • 0

Azərbaycan, Bakı, 6 yanvar / Trend müxbir M.Əliyev/

Azərbaycan-Belçika parlamentlərarası əlaqələr üzrə işçi qrupu Xocalı faciəsi məsələsinin Belçika parlamentində qaldırılması üzrə iş aparır. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə işçi qrupunun rəhbəri, millət vəkili Elxan Süleymanov bildirib.

Onun sözlərinə görə, bu 2012-ci il üçün işçi qrupunun müəyyənləşdirdiyi plana əsasən həyata keçiriləcək.

Həmçinin plana Azərbaycan haqqında məlumatların Belçika televiziyasında yayılması, Azərbaycan və Belçika universitetləri arasında tələbə mübadiləsinin aparılması, Belçikanın Thun və Azərbycanın Şamaxı şəhərlərlərinin qardaşlaşması və bununla bağlı Thun şəhərində Mirzə Ələkbər Sabirin heykəlinin ucaldılması məsələləri daxildir.

Cümə günü Milli Məclisdə Azərbaycan-Belçika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Filip Blanşarın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov görüşdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumat verərək bildirib ki, 20 ilə yaxındır Azərbaycan ərazilərinin 20 faizə yaxını işğal altındadır. Əsgərov Ermənistanın Azərbaycan ərazilərində etnik təmizləmə apardığını vurğulayıb.

Birinci vitse-spiker Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı dörd qətnamənin qəbul olunduğunu, lakin bunların heç birinin yerinə yetirilmədiyini qeyd edib. O bildirib ki, Belçika parlamenti Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli məsələsini öz iclaslarında qaldırsa, Avropanın ikili standartlardan uzaqlaşdığını deyə bilərik.

Görüşdə Filip Blanşarla Dağlıq Qarabağ münaqişəsi, həmçinin Azərbaycan-Belçika münasibətləri barədə fikir mübadiləsi aparılıb.

Görüşdən sonra keçirilən brifinqdə Blanşar görüşün əhəmiyyətindən danışıb. O, yanvarın 7-də Azərbaycanın əyalətlərinə səfər edəcəyini, məcburi köçkünlərlə və onların problemləri ilə məşğul olan qurumların nümayəndələri ilə görüşəcəyini bildirib. Blanşar qeyd edib ki, səfərin əsas məqsədi Dağlıq Qarabağ münaqişəsinin müzakirəsidir.

1992-ci il fevral ayının 25-26-da erməni silahlı birləşmələri Xankəndində yerləşən Rusiyaya məxsus 366-cı alayın köməyi ilə azərbaycanlılar yaşayan Xocalı şəhərinə hücum edərək dinc əhaliyə qarşı xüsusi qəddarlıqla müşayiət olunan soyqırım aktını həyata keçiriblər. Bu faciə nəticəsində 613 dinc sakin qətlə yetirilib, 487 nəfər yaralanıb, 1275 nəfər isə əsir götürülüb. Onlardan bir çoxu əsirlikdən qayıtmayıb və sonrakı taleyi barədə hər hansı məlumat yoxdur. 366-cı alay Xankəndindən çıxarıldıqdan sonra bu hərbi hissəyə məxsus silahlı texnikanın mühüm hissəsi erməni separatçılarına verilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı news@trend.az
Bizi Twitter-dən izləyin @trend_az

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Kateqoriyasında olan digər xəbərlər
Atəşkəs rejimi 26 dəfə pozulub
Dağlıq Qarabağ Münaqişəsi 09:39
Xocalı məktəbində “Xocalı: Şahidlər danışır” kitabının təqdimatı olub (FOTO)
Dağlıq Qarabağ Münaqişəsi 05:58
Xəzər rayonunda Xocalı soyqırımının 27-ci ildönümü qeyd olunub (FOTO)
Dağlıq Qarabağ Münaqişəsi 20 Fevral 14:33
Sutka ərzində atəşkəs rejimi 29 dəfə pozulub
Dağlıq Qarabağ Münaqişəsi 20 Fevral 09:38
Lavrov: Minsk qrupunun həmsədrləri yalnız dialoq üçün şərait yaratmağa kömək edə bilərlər
Dağlıq Qarabağ Münaqişəsi 19 Fevral 15:37
Fevralın 26-da ilk dərslər Xocalı soyqırımına həsr ediləcək
Dağlıq Qarabağ Münaqişəsi 19 Fevral 10:11
Xəbər lenti
MTRŞ sədri: Real TV respublika yayımçısı olmaq üçün müraciət edib (ÖZƏL)
Cəmiyyət 15:16
Bəhruz Quliyev: Radikal və dağıdıcı təfəkkürə malik müxalif liderlər üçün qanun hər zaman arxa planda olub.
Siyasət 15:09
İsmayıllı sakinlərindən ov tüfəngləri götürülüb
Hadisə 15:02
Türkiyə Prezidentinin müşaviri: Azərbaycan-Türkiyə münasibətləri öz qızıl dövrünü yaşayır (ÖZƏL)
Siyasət 14:57
İran hərbi dəniz təlimlərinə başladı və ilk dəfə...
Dünya xəbərləri 14:47
Premyer Liqanın XIX turunun oyun cədvəli
İdman 14:40
Metrodan istifadə edənlərə ŞAD XƏBƏR! (FOTO)
İqtisadiyyat 14:32
Fevralın 10-da keçirilmiş sınaq imtahanının NƏTİCƏLƏRİ açıqlanıb
Cəmiyyət 14:24
Türkiyə Ermənistanla sərhəddə genişmiqyaslı hərbi təlimlər keçirir (FOTO)
Gündəm 14:16
Ən çox oxunanlar
Azərbaycan əhalisinin banklardakı pulu 8 milyard manatı ötüb
Azərbaycan əhalisinin banklardakı pulu 8 milyard manatı ötüb
Depressiya beyini 10 il tez qocaldır
Ərdoğan: Ermənistan vətəndaşlarının Türkiyədə olmasının səbəbi ölkələrindəki iqtisadi böhrandır
Azərbaycanla Aİ arasında danışıqların növbəti raundu keçirilib
Nəzər nöqtəsi
Siyavuş Novruzov: Hökumətin bütün sahələrdəki problemləri diqqət mərkəzində saxlaması müxalifəti əndişələndirir

Siyavuş Novruzov: Hökumətin bütün sahələrdəki problemləri diqqət mərkəzində saxlaması müxalifəti əndişələndirir

Ekspert: Prezident İlham Əliyevin imzaladığı yeni fərman insan, vətəndaş amilinə verilən böyük dəyərdir
Ekspert: Prezident İlham Əliyev xalqı narahat edən daha bir problemin həlli istiqamətində mühüm addım atdı
Dilçilik İnstitutunun direktoru: Dilimizdə əcnəbi sözlərdən yersiz istifadə əsas problemlərdəndir
Azernews Newspaper
Trend.Az
  • Agentlik haqqında
  • Rəhbərlik
  • Bizim Məhsullar
  • Xəbər terminalı
  • Arxiv
Əlaqələr
AZ1141, Azərbaycan, Bakı şəhəri, Bəxtiyar Vahabzadə küçəsi 14
+(994 12) 497-31-72
news@trend.az
+(994 12) 497-30-89
© 2019 Trend News Agency
İstifadə şərtləri