Azərbaycan, Bakı, 26 yanvar /Trend, müxbir K.Zərbalıyeva/
Ermənistan Silahlı Qüvvələri atəşkəsi pozub.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri yanvarın 25-də saat 11:25-dən 11:30-dək Ağdam rayonunun Baş Qərvənd kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 22:15-dən 22:20-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub
Ermənistan Silahlı Qüvvələri atəşkəsi pozub
Ermənistan Silahlı Qüvvələri atəşkəsi pozub.
