...

Dağlıq Qarabağ münaqişəsi ATƏT-in xüsusi nümayəndəsinin Bakıya səfəri zamanı müzakirə ediləcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Yanvar 2012 18:37 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsi ATƏT-in fəaliyyətdə olan sədrinin (İrlandiya) Cənubi Qafqaz məsələləri üzrə xüsusi nümayəndəsi Pedreyk Merfinin cümə axşamı Bakıya regional səfəri çərçivəsində əsas müzakirə mövzularından biri olacaq.
Dağlıq Qarabağ münaqişəsi ATƏT-in xüsusi nümayəndəsinin Bakıya səfəri zamanı müzakirə ediləcək

Azərbaycan, Bakı, 26 yanvar /Trend, müxbir E.Mehdiyev/

Dağlıq Qarabağ münaqişəsi ATƏT-in fəaliyyətdə olan sədrinin (İrlandiya) Cənubi Qafqaz məsələləri üzrə xüsusi nümayəndəsi Pedreyk Merfinin cümə axşamı Bakıya regional səfəri çərçivəsində əsas müzakirə mövzularından biri olacaq.

"ATƏT və Azərbaycan üçün qarşılıqlı maraq doğuran məsələlər müzakirə ediləcək", - Trend-in məlumatına görə, bu barədə cümə axşamı Bakida jurnalistlərə Merfi deyib.

Onun sözlərinə görə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik artıq Bakıdadır.

"Yaxın müddətə ATƏT sədri Eymon Gilmorun Cənubi Qafqaza regional səfəri gözlənilir", - Merfi qeyd edib.

Merfi səfəri zamanı Azərbaycan XİN rəhbərinin müavinləri Araz Əzimov və Mahmud Məmmədquliyevlə görüşlər keçirməyi planlaşdırır. Habelə onun Müdafiə Nazirliyinin və Dağlıq Qarabağın azərbaycanlı icmasının nümayəndələri ilə görüşü nəzərdə tutulub.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti