Azərbaycan, Bakı, 8 fevral /Trend, müxbir E.Tariverdiyeva/
Moskvada çərşənbə günü Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefortla Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə edib. Məlumatı RF XİN-nin saytı yayıb.
Trend-in məlumatına görə, görüş zamanı Cənubi Qafqaz problemləri üzrə fikir mübadiləsi də aparılıb.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.