...

Azərbaycan Müdafiə Nazirliyi: Ermənistanın müdafiə naziri yalan danışır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 9 Fevral 2012 12:16 (UTC +04:00)
Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın müdafiə naziri Seyran Ohanyanın yalan danışdığını bildirib.
Azərbaycan Müdafiə Nazirliyi: Ermənistanın müdafiə naziri yalan danışır

Azərbaycan, Bakı, 9 fevral /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın müdafiə naziri Seyran Ohanyanın yalan danışdığını bildirib.

"Həm Azərbaycanda, həm Ermənistanda, hətta onların Müdafiə Nazirliyində hamı bir nəfər kimi bilir ki, Ohanyan yalan danışır", - bunu cümə axşamı Trend-ə Ermənistanın müdafiə nazirinin bəyanatına münasibət bildirərkən Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev bildirib.

Abdullayevin sözlərinə görə, yəqin ki, o, dediklərinə özü də inanmır.

"Ona görə də cəfəng fikirlərə münasibət bildirməyin lüzumu yoxdur", - Abdullayev deyib.

Qeyd edək ki, Ermənistanın müdafiə naziri bildirib ki, guya, Ermənistan Silahlı Qüvvələri yalnız Azərbaycan Silahlı Qüvvələri atəşkəş açdıqdan sonra cavab atəşi açır.

"Mən tapşırıq vermişəm ki, qarşı tərəfin yalnız erməni əsgərinin ölümü və ya yaralanması ilə nəticələnən dəqiq atəşlərinə cavab verilsin", - Ohanyan deyib. Məlumatı erməni KİV-ləri yayıb.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti