...

Ermənistan Silahlı Qüvvələri Gədəbəy, Füzuli və Ağdam istiqamətində atəşkəsi pozub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 21 May 2012 09:40 (UTC +04:00)
Ermənistan Silahlı Qüvvələrinin bölmələri Gədəbəy, Füzuli və Ağdam istiqamətində atəşkəs rejimini pozub.
Ermənistan Silahlı Qüvvələri Gədəbəy, Füzuli və Ağdam istiqamətində atəşkəsi pozub

Azərbaycan, Bakı, 21 may /Trend/

Ermənistan Silahlı Qüvvələrinin bölmələri Gədəbəy, Füzuli və Ağdam istiqamətində atəşkəs rejimini pozub.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Ermənistan silahlıları mayın 20-də saat 15:35-dən 15:55-dək və 17:20-dən 17:40-dək Ermənistan Respublikasının Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqeləri, saat 18:00-dan 18:10-dək Füzuli rayonunun Horadiz kəndi yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 23:55-dən 00:11-dək Ağdam rayonunun Yusifcanlı və Mərzili kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

Xəbər lenti

Xəbər lenti