...

Ermənistan Azərbaycan torpaqlarının işğalını dayandırmadıqca, Türkiyə Yerevanla əlaqələr qurmayacaq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 9 İyun 2012 17:11 (UTC +04:00)
Ermənistan Azərbaycan torpaqlarının işğalını dayandırmadıqca, Türkiyə Ermənistanla diplomatik və ya iqtisadi münasibətlər qurmaq fikrində deyil.
Ermənistan Azərbaycan torpaqlarının işğalını dayandırmadıqca, Türkiyə Yerevanla əlaqələr qurmayacaq

Türkiyə, Qars, 9 iyun / Trend, müxbir A.Tağıyeva /

Ermənistan Azərbaycan torpaqlarının işğalını dayandırmadıqca, Türkiyə Ermənistanla diplomatik və ya iqtisadi münasibətlər qurmaq fikrində deyil. Trend-in məlumatına görə, bunu şənbə günü Türkiyənin iqtisadiyyat naziri Zəfər Çağlayan bildirib.

"Nə qədər ki, Azərbaycan torpaqları işğal altındadır, Ermənistan-Türkiyə münasibətləri normallaşmayacaq", - Çağlayan deyib.

Nazir qeyd edib ki, Türkiyə daim bu məsələdə Azərbaycanı dəstəkləyib və dəstəkləyəcək.

Xəbər lenti

Xəbər lenti