...

Cəbhə xəttində müxtəlif istiqamətlərdə atəşkəs pozulub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 İyul 2012 09:44 (UTC +04:00)
Düşmən cavab atəşi ilə susdurulub.
Cəbhə xəttində müxtəlif istiqamətlərdə atəşkəs pozulub

Azərbaycan, Bakı, 27 iyul /Trend/

Cəbhə xəttində müxtəlif istiqamətlərdə növbəti dəfə atəşkəs pozulub.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində, Ağdam rayonunun Yusifcanlı, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında, Gədəbəy və Xocavənd rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.

Düşmən cavab atəşi ilə susdurulub.

Xəbər lenti

Xəbər lenti