...

Elmar Məmmədyarov: Dağlıq Qarabağ üzrə birgə bəyanatın yoxluğu Yerevanın qeyri-konstruktiv mövqeyi ilə bağlıdır (ƏLAVƏ OLUNUB)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 Dekabr 2012 16:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 dekabr /Trend/

ATƏT-in Minsk qrupunun həmsədrləri və Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin birgə bəyanatının yoxluğu rəsmi Yerevanın qeyri-konstruktiv mövqeyi ilə bağlıdır.

Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Dublində ATƏT XİN Şurasının illik 19-cu iclası çərçivəsində Minsk qrupunun həmsədrləri ilə görüşünün yekunları üzrə bəyan edib.

"Təəssüf ki, artıq daha əvvəl əldə olunmuş razılıqlardan imtina etməyə vərdiş etmiş rəsmi Yerevanın qeyri-konstruktiv mövqeyi səbəbindən biz həmsədrlərin və xarici işlər nazirlərinin birgə bəyanatının mətnini razılaşdıra bilmədik", - Məmmədyarov qeyd edib.

Nazirin fikrincə, rəsmi Yerevan tərəfindən siyasi iradənin olmaması və qətiyyətli addımın atılmaması Ermənistanda prezident seçkilərinin keçirilməsi ilə bağlıdır.

"Çox təəssüf ki, bu məsələdə həmsədr ölkələr kifayət qədər israrlı olmayıblar", - xarici işlər naziri qeyd edib.

Məmmədyarov xüsusi vurğulayıb ki, Azərbaycan Respublikasının ərazisində Ermənistan silahlı qüvvələrinin mövcudluğu problemin mahiyyətidir ki, bu da münaqişənin nizama salınmasına güclü şəkildə mane olur. Hətta Azərbaycanın işğal edilmiş ərazilərindən bu qoşunların çıxarılmasına başlanması münaqişənin nizama salınmasına başlamaq üçün şərait yaradacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti