...

Azərbaycanda saxlanılan Ermənistan vətəndaşlarının ölkələrinə təhvil verilmələri üçün BQXK-nə müraciət edilib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 19 Mart 2013 10:10 (UTC +04:00)
Azərbaycanda saxlanılan Ermənistan vətəndaşlarının ölkələrinə təhvil verilmələri üçün Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) müraciət edib. Bu barədə çərşənbə axşamı Trend-ə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib.
Azərbaycanda saxlanılan Ermənistan vətəndaşlarının ölkələrinə təhvil verilmələri üçün BQXK-nə müraciət edilib

Azərbaycan, Bakı, 19 mart /Trend, müxbir İ.izzət/

Azərbaycanda saxlanılan Ermənistan vətəndaşlarının ölkələrinə təhvil verilmələri üçün Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) müraciət edib. Bu barədə çərşənbə axşamı Trend-ə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib.

Hüseynovanın sözlərinə görə, Dövlət Komissiyası Ermənistan vətəndaşlarının qaytarılması üçün BQXK vasitəçilik etməsi üçün müraciət edib.

O bildirib ki, BQXK Ermənistan vətəndaşlarının ölkələrinə qaytarılması üçün mandatından irəli gələn missiyasını həyata keçirəcək.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından isə Trend-ə bildiriblər ki, hazırda onlarla danışıqlar aparılır.

Qeyd edək ki, martın 16-da Ermənistanın Noyemberyan rayonu Dovex kənd sakini Karyan Durmuş Sarkisoviç saat 16:50-də, martın 17-də isə Ermənistanın İcevan rayonu Ayqovid kənd sakini Arakelyan Anahid Hamazasovna saat 16:20-də təmas xəttininin Qazax rayonu istiqamətində Azərbaycan tərəfə keçərkən Azərbaycan Silahlı Qüvvələri tərəfindən saxlanılıblar. Onların hansı səbəbdən təmas xəttini pozmaları araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti