...

Millət vəkili: Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş əraziləri çirkli pullar əldə etmək üçün istifadə olunur

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 İyun 2013 18:01 (UTC +04:00)
Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş əraziləri çirkli pullar əldə etmək üçün istifadə edilir.
Millət vəkili: Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş əraziləri çirkli pullar əldə etmək üçün istifadə olunur

Azərbaycan, Bakı, 12 iyun /Trend, müxbir E.Mehdiyev/

Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş əraziləri çirkli pullar əldə etmək üçün istifadə edilir. Bu barədə Trend-ə millət vəkili Aydın Mirzəzadə Milli Təhlükəsizlik Nazirliynin Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində narkotiklərin yetişdirilməsi və sonradan onların İrana, oradan isə Azərbaycana gətirilməsi ilə bağlı aşkar etdiyi fakta münasibət bildirərkən deyib.

O, qeyd edib ki, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində narkotik vasitələrin yetişdirilməsi və trafiki haqqında Azərbaycan dəfələrlə beynəlxalq təşkilatlara məlumat verib, bu barədə kifayət qədər fakt açıqlanıb: "Bu dəfə isə növbəti ciddi bir arqument ortaya çıxıb. İşğal olunmuş ərazilərin İranla sərhəd bölgələrində İranda narkotik yetişdirilməsi ilə məşğul olan dəstələr Dağlıq Qarabağda yetişdirilmiş narkotiki əldə edərək onu Azərbaycana ötürməyə çalışırlar".

Millət vəkili bildirib ki, bu gün Dağlıq Qarabağ dünyadan təcrid olunduğuna və inkişafı üçün heç bir perspektiv görünmədiyinə görə o ərazilər müxtəlif çirkli pullar qazanmaq üçün istifadə edilir: "Həmin zonalar erməni silahli qüvvələrinin nəzarətində olduğuna görə orada böyük narkotiq plantasiyaları salınır və narkotiki İran vasitəsilə Azərbaycana və oradan da Rusiya və Avropaya otürməklə böyük gəlir əldə etməyə çalışırlar. Bunun Əfqanstandakı narkotik ticarəti ilə heç bir fərqi yoxdur".

Mirzəzadə qeyd edib ki, bu gün Ermənistan işğal edilmiş zonanı nə iqtisadi cəhətdən inkişaf etdirə bilir, nə də onun infrastruktur və sosial problemlərini həll edə bilir.

Millət vəkili vurğulayıb ki, işğal edilmiş Dağlıq Qarabağ həm narkotik vasitələrin yetişdirilməsi üçün, həm də terrorçu qüvvələrin təlim bazası kimi tanınır: "Bununla bağlı Azərbaycan dəfələrlə beynəlxalq təşkilatlara müraciətində həyəcan siqnalı qaldırıb və Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyat bununla bağlı əlavə təsdiqedici faktlar ortaya çıxarıb".

Qeyd edək ki, Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin son günlərdə həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə qanunsuz olaraq narkotik vasitələrin daşınması ilə məşğul olan 12 nəfər ifşa edilib, onlardan ümumilikdə 40 kiloqram 500 qrama yaxın narkotik vasitə aşkar edilərək götürülüb. Müəyyən edilib ki, qanunsuz dövriyyədən çıxarılmış həmin narkotik vasitələrin bir hissəsinin kultivasiyası, yəni əkilməsi, yetişdirilməsi və toplanılması Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində təşkil edilib və sonradan həmin narkotik vasitələr İrana, oradan isə Azərbaycana gətirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti