...

Azərbaycan əraziləri Ermənistan tərəfdən atəşə tutulub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 1 İyul 2013 10:09 (UTC +04:00)
Mövqelərmiz bir neçə istiqamətdən atəşə tutulub.
Azərbaycan əraziləri Ermənistan tərəfdən atəşə tutulub

Azərbaycan, Bakı, 1 iyul /Trend, müxbir İ.İzzət/

Mövqelərmiz bir neçə istiqamətdən atəşə tutulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində və Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, Qazax rayonunun Qızılhacılı kəndində və Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar.

Füzuli rayonunun Aşağı Veysəlli, Xocavənd rayonunun Kuropatkino, Goranboy rayonunun Gülüstan, Tərtər rayonunun Çaylı kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti