...

Cəbhə xəttində qeyri-sabitlik davam edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 İyul 2013 09:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 iyul /Trend, müxbir M.Əliyev/

Cəbhə xəttində qeyri-sabitlik davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Qorqan, Aşağı Əbdülrəhmanlı, Tərtər rayonunun Çiləbürt kəndləri yaxınlığında, Xocavənd və Goranboy rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutub.

Düşmən cavab atəşi ilə susdurulub

Məqalədə:
Xəbər lenti

Xəbər lenti