...

Ceyms Uorlik: Dağlıq Qarabağ münaqişəsində davamlı sülhə nail olmaq üçün hər iki tərəfin iradəsi tələb olunur (ƏLAVƏ OLUNUB)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 10 Sentyabr 2013 10:53 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsində davamlı sülhə nail olmaq üçün hər iki tərəfin iradəsi tələb olunur. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib.
Ceyms Uorlik: Dağlıq Qarabağ münaqişəsində davamlı sülhə nail olmaq üçün hər iki tərəfin iradəsi tələb olunur (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 10 sentyabr /Trend, müxbir S.Əhmədova /

Dağlıq Qarabağ münaqişəsində davamlı sülhə nail olmaq üçün hər iki tərəfin iradəsi tələb olunur. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib.

O qeyd edib ki, Dağlıq Qarabağ münaqşəsindən 21 ildən artıq vaxt keçib: "Artıq nifrətə və əzab-əziyyətə son qoymağın vaxtı çatıb. Tərəflərin Helsinki Yekun Aktına əsasən birgə işləməsinin zamanı gəlib çatıb".

Diplomat, həmçinin qeyd edib ki, artıq Azərbaycan, Ermənistan və region ölkələrinin birgə işləməsinin vaxtıdır.

Həmsədr bildirib ki, davamlı sülhə nail olmaq üçün hər iki ölkənin rəhbərlərinin və xalqlarının güzəştlərə getmək üçün cəsarətli addımlar atmaları tələb olunur: "Mən həmsədr həmkarlarımla birgə işləməyi səbirsizliklə gözləyirəm. Atəşkəsin imzalanmasının 20 illiyinin yaxınlaşdığı bir ərəfədə hesab edirəm ki, davamlı sülhə və inkişafa gətirib çıxaran yolların axtarıb tapılması lazımdır. Bu, mənim regiona ilk səfərimdir və bu səfər çərçivəsində Azərbaycan və Ermənistan rəhbərliyi ilə görüşəcəyəm.

Bu səfər ərzində əsas məqsədim mümkün qədər çox fikir və rəyləri dinləmək və mümkün qədər çox məlumat əldə etməkdir. Hazırda əsas məqsədim bütün tərəfləri dinləmək, onlardan məlumat almaq və diqqəti keçmişə deyil, gələcəyə yönəltmək və bununla da münaqişənin praktiki həllinə nail olmaqdır. Mənim əsas məqsədim davamlı sülhə nail olmaq üçün həmsədr həmkarlarımla görüşməkdir. Mən bu münaqişə ilə davamlı olaraq məşğul olan ilk amerikalı həmsədr olacağam. Mən davamlı sülhə nail olmaq üçün realizm və praqmatizmə əsaslanaraq fəaliyyətimi davam etdirmək niyyətindəyəm".

Həmsədr bildirib ki, o, bu həftəsonu ABŞ-a qayıdacaq və Vyanada dayanıb, ATƏT-in baş katibi ilə görüşəcək. Bundan əlavə, Nyu-Yorkda BMT-nin ümumi iclası çərçivəsində Minsk qrupunun həmsədrləri ilə görüşəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti