Azərbaycan, Bakı, 23 sentyabr / Trend, müxbir S.Əhmədova /
Fransanın "Thales" şirkəti Ermənistanın Müdafiə Nazirliyi və sözügedən şirkət arasında rabitə avadanlıqlarının və döyüş idarəetmə sistemlərinin tədarükünə dair danışıqların aparılması barədə mətbuatda yayılan məlumatları təkzib edib.
Trend-in məlumatına görə, şirkət beynəlxalq qaydalara tam uyğun fəaliyyət göstərdiyini və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə hörmət etdiyini bəyan edib.
Qeyd edək ki, bəzi kütləvi informasiya vasitələri Ermənistannın Fransanın "THALES" şirkətindən silahlı qüvvələr üçün yeni rabitə avadanlıqları satın almaq niyyətində olduğu və tərəflər arasında bununla bağlı danışıqlar getdiyi barədə məlumat veriblər.
"Thales" aerokosmik və nəqliyyat, həmçinin müdafiə və təhlükəsizlik bazarları üçün qlobal texnologiya lideridir.