...

ATƏT-in qoşunların təmas xəttində monitorinqi baş tutub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 Sentyabr 2013 16:06 (UTC +04:00)
Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçirilib.
ATƏT-in qoşunların təmas xəttində monitorinqi baş tutub

Azərbaycan, Bakı, 25 sentyabr /Trend/

Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçirilib.

Müfadiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, sentyabrın 25-də Azərbaycan Respublikasının Tovuz rayonunun Koxanəbi kəndinin yaxınlığındakı təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin nümayəndəsinin səhra köməkçisi Xristo Xristov və maliyyə administrasiyasının rəhbəri Piter Svedberq keçiriblər.

Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle və Uilyam Prayor keçiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti