...

Minsk qrupunun amerikalı həmsədri Dağlıq Qarabağ münaqişəsinin həllinin üç əsas prinsipini açıqlayıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 Mart 2014 11:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 mart /Trend, müxbir S.Əhmədova/

ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik Dağlıq Qarabağ münaqişəsinin həllinin üç əsas prinsipini açıqlayıb. Bu prinsiplər güc tətbiq etməmə, ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyin etmə prinsipləridir. Trend-in məlumatına görə, bunu amerikalı həmsədr Ceyms Uorlik öz Twitter səhifəsində yazıb.

C.Uorlik bildirib: "ABŞ Rusiya və Fransa ilə birgə Dağlıq Qarabağ münaqişəsinin güc tətbiq etməmə, ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyin etmə prinsipləri əsasında həlli üzərində işləməyə davam edir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti