...

Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün keçirilməsi barədə ilkin razılıq əldə olunub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Mart 2014 18:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 mart /Trend/

Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın görüşünün keçirilməsi barədə şifahi razılıq əldə olunub. Trend-in məlumatına görə, bu barədə ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik öz "Twitter" səhifəsində yazıb.

Onun sözlərinə görə, Minsk qrupu həmsədrlərinin Azərbaycan və Ermənistan prezidentləri ilə görüşlərində Dağlıq Qarabağ məsələsi üzrə görüşün keçirilməsinə dair razılıq əldə olunub.

Hazırda mümkün görüşün vaxtı müəyyənləşdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti