Prezident İlham Əliyev: Azərbaycana qarşı riyakar siyasət, ikili standart siyasəti davam edir

Prezident İlham Əliyev: Azərbaycana qarşı riyakar siyasət, ikili standart siyasəti davam edir

Azərbaycan, Bakı, 15 aprel /Trend/

Azərbaycan birinci rübdə beynəlxalq siyasətlə bağlı öz mövqelərini dünyada daha da möhkəmləndirmişdir. Azərbaycan beynəlxalq aləmdə çox etibarlı tərəfdaş kimi tanınır. Bizim xarici siyasətimiz açıqdır, prinsipialdır, ədalətə, beynəlxalq hüquqa söykənir. Bu prinsipiallıq və hər bir məsələ ilə bağlı mövqeyimizin sərgilənməsi, əlbəttə ki, Azərbaycana əlavə rəğbət yaradır.

Trend-in məlumatına görə, bunu aprelin 13-də Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında giriş nitqində deyib.

Prezident bildirib ki, bəzi beynəlxalq məsələlərlə bağlı dünya ictimaiyyətinin əksəriyyəti mövqe bildirməkdən çəkinir: "Biz buna qiymət vermək fikrində deyilik. Ancaq Azərbaycan hər bir məsələ ilə bağlı prinsipial mövqe nümayiş etdirir. Bu mövqe ilk növbədə, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanır. Beynəlxalq hüququn norma və prinsipləri əsas şərt olmalıdır. Çünki bugünkü beynəlxalq aləm bu prinsiplər üzərində qurulubdur. Əgər bunlar pozulursa, onda bütün beynəlxalq əməkdaşlıq və münasibətlər mexanizmi pozulur. Beynəlxalq aləmdə bax bu prinsipial mövqe əlbəttə ki, bizə böyük rəğbət yaradır".

Dövlət başçısının sözlərinə görə, Azərbaycan müstəqil, prinsipial ölkə kimi öz mövqelərini daha da möhkəmləndirir: "Beynəlxalq təşkilatlarda ölkəmiz haqqında bu düzgün təsəvvür gələcəkdə bizə əlavə imkanlar yaradacaqdır.

Birinci rübdə mən Davos Dünya İqtisadi Forumunda iştirak etmişəm. Deyə bilərəm ki, Azərbaycan bu Forumda 10 ilə yaxındır ki, iştirak edir. Bu Forum həm orada müzakirə olunan məsələlər baxımından, eyni zamanda, təmaslar nöqteyi-nəzərindən hesab edirəm ki, dünyada birinci Forumdur. Bu, təkcə iqtisadi Forum deyil, eyni zamanda, siyasi Forumdur. Bu Forumda iştirak, mövqeyimizin nümayiş etdirilməsi və izahı hesab edirəm ki, çox önəmli məsələdir. Eyni zamanda, ilin əvvəlində mənim NATO-ya səfərim olmuşdur. Artıq mən bir neçə dəfə NATO-ya səfər etmişəm. Bu səfər də çox müsbət olmuşdur. Bizim ikitərəfli əlaqələrimiz müsbətdir. Gələcək əməkdaşlıq haqqında fikir mübadiləsi aparılıbdır. Enerji təhlükəsizliyində sülhməramlı missiyalarda Azərbaycanın iştirakı və onun payı təqdirlə qarşılanır".

İlham Əliyevin sözlərinə görə, Azərbaycan beynəlxalq təşkilatlarla uğurla əməkdaşlıq edir: "Biz müxtəlif beynəlxalq təşkilatların üzvüyük. Bir neçə təşkilatla sıx əməkdaşlıq edirik. Hesab edirəm ki, bu siyasət də bizə əlavə dividendlər gətirir. Eyni zamanda, ilin birinci rübündə mən Dünya Nüvə Sammitində iştirak etmişəm. Azərbaycanın bu Sammitdə iştirakı xüsusi məna daşıyır. Çünki biz təbii ki, nüvə dövləti deyilik. Eyni zamanda, bizdə atom elektrik stansiyaları da yoxdur. Ancaq ölkəmizin önəmi, bölgədə və dünyada oynadığı rol əlbəttə ki, Azərbaycana Sammitdə iştirak edən ölkələrin sırasında olmaq üçün şərait yaratmışdır. Bu Sammitdə həm açıq, həm qapalı hissələrdə də çox önəmli məsələlər müzakirə edilmişdir. Dünyada təhlükəsizliyin təmin edilməsi məsələləri əlbəttə ki, indi dünya gündəliyinin birinci sıralarındadır. Azərbaycan bu sahədə də öz töhfəsini verir və verəcəkdir. Bildiyiniz kimi, biz BMT Təhlükəsizlik Şurasında sədrlik edən zaman məhz terrorizmə qarşı mübarizə mövzusu ilə bağlı müzakirələr təşkil etmişdik".

Prezidenti qeyd edib ki, birinci rübdə ikitərəfli formatda çoxsaylı təmaslarım olmuşdur: "İndi Azərbaycana müxtəlif qitələrdən gələn nümayəndə heyətlərinin sayı getdikcə artır. Bizimlə əməkdaşlıq etmək istəyənlərin sayı artır. Eyni zamanda, yüksək səviyyəli qarşılıqlı səfərlər olmuşdur. Türkiyənin Baş naziri Azərbaycanda səfərdə olmuşdur. Bələdiyyə seçkilərindən sonra bu, Baş nazirin ilk səfəri idi. Bizim dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətləri bu səfər əsnasında bir daha təsdiqləndi.

Eyni zamanda, bu yaxınlarda mən İran İslam Respublikasına rəsmi səfər etmişəm. Bu səfər də çox uğurlu idi. Bu səfər zamanı imzalanan sənədlər, aparılan danışıqlar, fikir mübadiləsi bizim münasibətlərimizi daha da yüksək səviyyəyə qaldıracaqdır. Deyə bilərəm ki, bu səfərin çox böyük əhəmiyyəti vardır. Çünki səfər zamanı biz dostluq və səmimi əməkdaşlıq şəraitində bir çox məsələlərə aydınlıq gətirdik. Bir fikri ifadə etdik ki, bundan sonra da İran-Azərbaycan əlaqələri ancaq yüksələn xətlə inkişaf etməlidir.

Hökumətlərarası birgə komissiyanın yeni formatı müəyyən edilir, yaxın zamanlarda tam şəkildə formalaşacaqdır. Bütün istiqamətlər üzrə çox fəal iş aparılacaqdır.

Ümumiyyətlə, deyə bilərəm ki, biz həm beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq edirik, eyni zamanda, qonşu ölkələrlə əlaqələrimiz ənənəvi olaraq çox müsbətdir, yaxındır".
Azərbaycanın beş qonşusunun olduğunu xatırladan Prezident bildirib ki, onlardan biri Ermənistandır - işğalçı dövlətdir, düşməndir. Dördü isə dostdur: "Dost qonşularımızla əlaqələr bizim üçün prioritet məsələdir. Hesab edirəm ki, hər bir ölkə üçün onun qonşuları ilə münasibətləri xüsusi məna daşıyır. Bizi qonşularımızla tarix, keçmiş bağlayır. Bu gün biz müstəqil dövlətlər kimi ikitərəfli əlaqələrimizi dostluq, əməkdaşlıq, bir-birinin işinə qarışmamaq prinsipləri üzərində qururuq. Əminəm ki, bu münasibətlərin inkişafı hər bir ölkə üçün gələcəkdə böyük fayda verəcəkdir.

Onu da qeyd etmək istəyirəm ki, Azərbaycan regional müstəvidə iki üçtərəfli formatın təşəbbüskarı olmuşdur. Bu formatlar artıq neçə ildir ki, fəaliyyət göstərir. Azərbaycan-İran-Türkiyə formatı. Xarici işlər nazirləri mütəmadi qaydada görüşürlər. Eyni zamanda, Azərbaycan-Gürcüstan-Türkiyə formatı. Burada həm iqtisadi, həm də siyasi blok artıq format kimi formalaşıb. Bu, bizim təşəbbüsümüz olmuşdur. Hesab edirəm ki, çox düşünülmüş və müdrik təşəbbüs idi. Azərbaycan hər iki formatda fəal iştirak edir".

İlham Əliyev vurğulayıb ki, beynəlxalq məsələlərlə bağlı bizim əsas məsələmiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllidir: "Əfsuslar olsun ki, birinci rübdə bu istiqamətdə heç bir irəliləyiş olmamışdır. Baxmayaraq ki, keçən ilin sonlarında vasitəçilərin müəyyən nikbin fikirləri olmuşdur. Ancaq onlar özünü doğrultmur. Bu gün biz yenə də onun şahidiyik ki, Ermənistan sadəcə olaraq vaxt uzatmaqla məşğuldur. Nə hərb, nə sülh vəziyyətini saxlamaq istəyir və beynəlxalq vasitəçilər əfsuslar olsun ki, onlara ciddi təzyiq etmirlər".

Prezidenti bildirib ki, əslində çoxdan Ermənistana qarşı beynəlxalq sanksiyalar tətbiq edilməli idi: "Çünki Ermənistan artıq iyirmi ildir ki, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazisini işğal altında saxlayır. Dinc əhaliyə qarşı soyqırımı törətmişdir. Xocalı soyqırımını törətmişdir. Xalqımıza qarşı etnik təmizləmə siyasəti aparılıbdır. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi pozulur. Yəni, heç bir başqa buna oxşar halda bu qədər ədalətsizlik və qanun pozuntusu olmamışdır. Beynəlxalq normalar pozulur. BMT Təhlükəsizlik Şurasının qətnamələri icra edilmir. Digər beynəlxalq təşkilatların - Avropa Şurası, Avropa Parlamenti, ATƏT, İslam Əməkdaşlıq Təşkilatının qətnamələri icra edilmir. Onlara məhəl qoyulmur. Minlərlə Azərbaycan vətəndaşı həlak olubdur. Bizə qarşı soyqırımı törədilibdir. Nəticə etibarilə Ermənistana qarşı heç bir sanksiya tətbiq edilmir.

Sual olunur nə üçün? Nə vaxta qədər biz bu ikili standartlarla üzləşəcəyik? Bunun səbəbi nədir? Nə üçün qondarma "Dağlıq Qarabağ respublikası"nın rəhbərləri sanksiyalardan əziyyət çəkmir? Nə üçün onlara qarşı sanksiyalar tətbiq olunmur? Bu, ədalətsizlikdir, ikili standartlardır. Ona görə biz beynəlxalq münasibətlərdə ikili standartlara qarşı öz etiraz səsimizi ucaldırıq. Bizimlə əməkdaşlıq edən Qərb ölkələrinin rəhbərlərindən xahiş edirik ki, qondarma "Dağlıq Qarabağ respublikası"nın "rəhbərləri"ni öz ölkələrinə buraxmasınlar. Onlara qarşı sanksiyalar tətbiq edilsin. Onlar gedib qanunsuz telemarafonlar keçirirlər, pullar yığırlar. Sonra o pulları bizim əleyhimizə istifadə edirlər. Onların "rəhbərləri"ni Qərbin aparıcı ölkələrində qəbul edirlər. Vizalar verilir, onlar orada "nümayəndəliklər" açırlar, gedib-gəlirlər. Nə üçün?

Hesab edirəm, vaxt gəlib çatıb ki, biz bu məsələ ilə bağlı fikrimizi daha da açıq şəkildə ifadə edək. Biz bu ikili standartlardan yorulmuşuq. Bu qədər ədalətsizliyə dözmək mümkün deyildir.

Nə üçün təcavüzkar bu günə qədər qınaq obyektinə çevrilməyib?! Nə üçün Avropa Şurası Parlament Assambleyasında Ermənistan nümayəndə heyətinin səlahiyyətlərini dayandırmaq məsələsi müzakirə edilmir?! Biz bu məsələni dəfələrlə qaldırmışıq.

Yadımdadır ki, hələ 2001-ci ildə mən Azərbaycan Milli Məclisinin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri kimi, dəfələrlə bu məsələni qaldırmışam. Buna heç kim heç bir reaksiya vermir. Deyirlər, gedin razılaşın, gedin danışın, sülh yolu ilə həll edin bunu. Bizə qarşı etnik təmizləmə aparılmışdır, soyqırımı törədilmişdir. Azərbaycanlılar Dağlıq Qarabağdan qovulandan sonra orada dırnaqarası referendum keçirilmişdir. Hesab edilir ki, bu məqbuldur. Buna dözmək mümkün deyildir. Bizə qarşı olan ədalətsizliyi faktlarla, dəlillərlə ifşa etməliyik. Hesab edirəm ki, bu prinsipial mövqe həm ədaləti bərpa edəcək, həm də ki, riyakar siyasəti ifşa edəcəkdir".

Dövlət başçısı söyləyib ki, Azərbaycana qarşı riyakar siyasət, ikili standart siyasəti davam edir: "Biz isə bununla heç vaxt barışmayacağıq. O ki, qaldı münaqişənin həllinə, heç kim üçün sirr deyil, bu gün dünyada əsas amil güc amilidir. Bu, reallıqdır. Ona görə biz daha da güclü olmalıyıq və ilk növbədə hərbi gücümüzü artırmalıyıq. Bir daha bu məsələni müzakirə edərkən görürük ki, biz nə qədər düzgün addım atmışıq, ordu quruculuğu prosesini daim diqqət mərkəzində saxlamışıq. Uzun illər ərzində alınan silahlar, texnikalar, sursatlar bu gün bizim gücümüzü böyük dərəcədə artırmışdır.

Bu gün Azərbaycan Ordusunda olan texnika ən güclü ordulardan da geri qalmır. Eyni zamanda, bu yaxınlarda Naxçıvanda olarkən oradakı yeni texnikanın nümayişi də göstərir ki, Naxçıvan ordusu da bu gün dünya ordularında olan ən müasir texnikaya malikdir. Artıq orada həm müasir artilleriya qurğuları, döyüş və nəqliyyat helikopterləri, tank əleyhinə qurğular, hava hücumuna qarşı qurğular, ən müasir "T-72", "T-90" tankları və digər hərbi silah-sursat vardır, daha da artacaqdır. Biz daha da güclü olmalıyıq və olacağıq".

Zəngilandakı məscidin tövlə kimi istifadə edilməsi islam dünyası üçün təhqirdir - Anar Kərimov
Zəngilandakı məscidin tövlə kimi istifadə edilməsi islam dünyası üçün təhqirdir - Anar Kərimov
Biz Qarabağa bir daha itirməmək əzmi, bütün dünyanın hesablaşdığı güclü dövlətimiz və qüdrətli Prezidentimizlə qayıdırıq - Vidadi Muradov
Biz Qarabağa bir daha itirməmək əzmi, bütün dünyanın hesablaşdığı güclü dövlətimiz və qüdrətli Prezidentimizlə qayıdırıq - Vidadi Muradov
Məşhur rusiyalı müğənni koronavirusa yoluxub
Məşhur rusiyalı müğənni koronavirusa yoluxub
Loading Bars
Xəbər lenti
Bir ayda Ermənistanda 6 yüksək vəzifəli şəxs işdən çıxarılıb - Paşinyan "təqsirkarlar" axtarır
Mən azərbaycanlılar doğma evlərinə qayıtmağı arzulayıram - Ronaldinyodan Azərbaycana dəstək (VİDEO)
“Vikipediya”da özbək dilində “Xankəndi talanları” mövzusunda məqalə yaradılıb
Bərdə soyqırımı kar-kor dünyanın gözünü və qulağını açması üçün növbəti çağırışdır - Vüqar Rəhimzadə
Azərbaycanda koronavirusa yoluxanların sayı 1000-i keçdi
İranda sutka ərzində 8 293 nəfər koronavirusa yoluxub
Ermənistanın Bərdədə dinc əhaliyə qarşı törətdiyi cinayətlərlə bağlı BMT-nin Uşaq Fonduna müraciət edilib
Kamran Əliyev Türkiyənin Ədliyyə naziri, Baş prokuroru və Ali Məhkəməsinin sədri ilə telefonla danışıb
Faşizmin "yeni" tarixini yazan baş nazir - Müharibə Paşinyanın əsl üzünü ortaya çıxardı
Ermənistan bütün İslam dünyasına qarşı düşmən münasibət bəsləyir - Əlcəzairli politoloq
Koronavirusun aşkarlandığı yerlərdə əksepidemik tədbirlər hansı qaydada təşkil olunur?
Bərdə sakinləri Azərbaycan ordusuna arxayındır - Vidadi İsayev
Döyüşlər başayandan Tərtərə 15 mindən çox mərmi düşüb
BQXK-nin prezidenti Bərdədə könüllünün ölümü ilə bağlı bəyanat yayıb
Bərdədə raketin atıldığı yer təsadüfən seçilməyib - İcra başçısı
Ermənistan Göygölü raket atəşinə tutdu, meşədə yanğın başladı - FHN
29 oktyabr Ümumdünya İnsultla Mübarizə Günüdür
Bərdənin qisası alınır: Düşmən qüvvələri döyüş meydanında məhv edilib - MN (VİDEO)
Ermənistan hərbi-siyasi rəhbərliyi tezliklə cəzasını alacaq - Kamran Əliyev
29 ictimai iaşə müəssisəsinin COVİD-lə bağlı qaydalara əməl etmədiyi aşkarlanıb
BQXK-nin Avropa nümayəndəliyi Bərdədə könüllünün ölümü ilə bağlı bəyanat yayıb
Ermənistan rəhbərliyi o qədər quzğunlaşıb ki, diplomatlar Tərtərdə olanda da atəş açırdılar - Hikmət Hacıyev (FOTO)
Xəstəlik ocaqlarında dezinfeksiya tədbirlərinin vaxtında aparılması vacibdir - Səhiyyə Nazirliyi
"Niyə belə edirsiz, sizin uşaqlarınız yoxdur?" - "New York Times"ın Bərdəyə hücum anından reportajı
Azərbaycan Qarabağı insanların ləyaqətlə və sülh şəraitində yanaşı yaşayacağı çiçəklənən, təhlükəsiz ərazisi kimi görür
Diplomatik nümayəndələrin də olduğu Tərtər rayonunun ərazisi atəşə tutulub
Ermənistanın iki Su-25 təyyarəsi məhv edilib
Nazir MDB dövlətlərini Ermənistanın terror hücumlarını pisləməyə çağırıb (FOTO)
Beynəlxalq aləm göz yumduqca Ermənistan terrora davam edəcək - Deputat
30 meyit və 2 mülki şəxs Ermənistana təhvil verilib
Ombudsman Bərdədə faktaraşdırıcı missiya keçirir (FOTO)
Ermənistana olan "yardım"lar işğalın maliyyələşməsinə xidmət edir
Ermənistan sülh istəmir - Rufiz Hafizoğlu "Əl-Cəzirə" telekanalına açıqlama verib (FOTO/VİDEO)
Bərdə faciəsi terrorçu ermənilərin xalqımıza qarşı 200 illik cinayətlərinin davamıdır - Qafqazşünaslıq İnstitutu
Hikmət Hacıyev xarici diplomatlarla Tərtərdədir
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib
Paşinyan, Bərdəyə raket hücumu ilə böyük səhv etdiniz - Hikmət Hacıyev
Erməni təxribatı nəticəsində ölən mülki şəxslərin sayı 90-a çatdı
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi adından saxta məktublar göndərilir - Xəbərdarlıq
Ombudsman UNICEF-ə etiraz məktubu göndərib: Erməni terroruna göz yumulur
Azərbaycan haqq işi uğrunda mübarizəsindən dönən deyil - Naqif Həmzəyev
Təhsil Nazirliyində vətəndaşların qəbulu dekabrın 1-dək dayandırılır
Raket zərbələri Bərdə Olimpiya İdman Kompleksini yararsız hala salıb (FOTO)
Ermənilər Laçındakı ziyarətgah və məscidləri donuz tövləsinə çeviriblər (FOTO)
Yaylım atəşli reaktiv sistemlərimizin hamısı tam tərkibdə sıradadır və döyüş qabiliyyətlidir - MN
Türk Ticarət-Sənaye Palatası “Azərbaycana dəstək” şüarı ilə növbədənkənar iclas keçirəcək
Terrorla Azərbaycan xalqını haqq yolundan döndərmək mümkün deyil - Əli Əhmədov
Amerika Azərbaycanlıları Şəbəkəsi Bərdə terroru ilə bağlı məktub kampaniyasına başlayıb
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycan HHQ-nin aviasiya vasitələri bugünkü döyüşlərdə tətbiq olunmayıb - MN
Rusiyada koronavirusdan ölənlərin sayında növbəti rekord qeydə alındı
Birinci vitse-prezident Mehriban Əliyeva: Türkiyənin və Türkiyə xalqının hər bir azərbaycanlının qəlbində xüsusi yeri vardır (FOTO)
Azərbaycanda qızıl və gümüş bahalaşıb
Deputatlar Gürcüstanda parlament seçkilərini müşahidə edəcəklər
Azərbaycan nefti ucuzlaşıb
Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti dünya mediasında
Yapon xalqı Azərbaycanın mövqeyindən xəbərdardır - Səfir
Ermənistan xarici diplomatların olduğu Bərdəni atəşə tutur (VİDEO)
YAP Bərdə terroru barədə dünya ictimaiyyətini e-mail məlumatlandırma aksiyasını keçirir
Tərtərə gedirik, atırlarsa atsınlar - Hikmət Hacıyev
İndiyədək 90 dinc sakin erməni terrorunun qurbanı olub - RƏSMİ
Mülki insanlara hücum tapşırığı verən Ermənistan rəhbərliyi layiqli cavabını alacaq - Hərbi ekspert
Ceyhun Bayramovun Cenevrə səfərinin vaxtı dəyişdirilib
Biz onları iti qovan kimi qovuruq - Azərbaycan Prezidentinin köməkçisi
Dövlət Miqrasiya Xidməti karantin rejiminin uzadılması ilə bağlı əcnəbilərə müraciət edib
Bərdədə baş verən bu hadisə yerli sakinləri qorxuda bilməz - İcra başçısı
Bərdədəki yaralıların 3-ü Bakıya təxliyə edilib
Dünən Bərdəyə 144 ədəd bombacıq atılıb - ANAMA
Gec-tez Ermənistan rəhbərliyi məsuliyyətə cəlb ediləcək - Kamran Əliyev (ƏLAVƏ OLUNUB) (FOTO)
Bu gün Zəngilanın işğalından 27 il ötmür
Əli Əsədov Respublika Günü münasibətilə Türkiyənin vitse-prezidentini təbrik edib
Hikmət Hacıyev və xarici diplomatlar Bərdədədir (FOTO) (ƏLAVƏ OLUNUB)
Geri çəkilməyə məcbur edilən düşmən məğlubiyyətinin əvəzini dinc sakinləri atəşə tutmaqda görür - MN
Xankəndidə doğum evinin bombalanması barədə feyk (FOTO)
Baş Prokurorluq işğaldan azad olunmuş ərazilərdə zərərin müəyyən edilməsindən ötrü istintaq hərəkətləri keçirir
Sumqayıtda xüsusi əməliyyat: Külli miqdarda heroin aşkarlandı (FOTO/VİDEO)
Ermənistan hərbi əməliyyatlara KTMT-ni cəlb etməyə çalışır - Deputat
Ermənistanda daha 29 nəfər koronavirusdan öldü
Pakistan daim qardaş ölkə Azərbaycanın yanındadır- Səfir (FOTO)
Ümidsiz halda uçurumun kənarında dayanmışıq - Erməni biznesmendən Paşinyana açıq məktub
Ağsuda 9 yaşayış məntəqəsini birləşdirən yollar yenidən qurulub (FOTO)
Makedoniyanın Beynəlxalq Vizyon Universitetindən Azərbaycana dəstək (FOTO)
“PAŞA Həyat” üçüncü rüb üzrə maliyyə nəticələrini açıqladı
Müharibədən sonra Azərbaycan öz imkanları hesabına azad edilmiş ərazisini inkişaf etdirə biləcək - İqtisadçı
Azərbaycanın zəfəri erməni faşistləri üzərində Qələbə Günü olacaq - Tarixçi
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Bərdəyə raket hücumu ilə bağlı bəyanat yayıb
Düşmənin döyüş meydanında atıb qaçdığı texnika və döyüş sursatı (VİDEO)
TREND BİA-nın “Bakı-İstanbul” telekörpü layihəsi çərçivəsində Ermənistanın mülki vətəndaşlara hücumu müzakirə olunub (VİDEO)
Azərbaycanın Bərdəyə hücumun intiqamını alacağına əminəm - İranın dini liderinin nümayəndəsi
Bərdə və Gəncədə ermənilərin törətdiyi vandalizm ABŞ azərbaycanlılarını ayağa qaldırıb (FOTO)
BQXK Bərdədə həlak olan və yaralanan könüllüləri barədə bəyanat yayıb
Erməni katolikosunun xalqını müharibəyə səsləməsi ilk dəfə deyil - Elm Tarixi İnstitutu
Bərdəyə atılan raketin qalıqları (FOTO)
“Charlie Hebdo”nun Ərdoğanı hədəfə almasını kəskin şəkildə qınayırıq - Hikmət Hacıyev
Ermənistanın yüksək rütbəli zabitləri məhv edilib - MN
Baş Prokurorluq ermənilərin Gəncə terroru barədə 6 dildə videoçarx hazırladı
Goranboy və Tərtər rayonlarının ərazisi atəşə tutulub - MN
Qubadlı rayonunun işğaldan azad olunan kəndləri (VİDEO)
Şabranda 29 yaşlı oğlan küçədə ölümcül bıçaqlandı
BQXK-nin könüllüsü Bərdədə humanitar yardım zamanı həlak olub - Hikmət Hacıyev
Bütün xəbərlər