...

ABŞ Nümayəndələr Palatasının Təxsisatlar Komitəsi "Dağlıq Qarabağa yardım" ifadəsini 2015-ci il dövlət və xarici əməliyyatlar təxsisatları qanunundan çıxarıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 İyun 2014 14:00 (UTC +04:00)
ABŞ Nümayəndələr Palatasının Təxsisatlar Komitəsinin yaydığı məlumatda bildirilir ki, komitə 2015-ci il üçün nəzərdə tutulan büdcəsinə dair dəyərləndirmə keçirib, dövlət və xarici əməliyyatlar təxsisatları qanununu təsdiq edib.
ABŞ Nümayəndələr Palatasının Təxsisatlar Komitəsi "Dağlıq Qarabağa yardım" ifadəsini 2015-ci il dövlət və xarici əməliyyatlar təxsisatları qanunundan çıxarıb

Azərbaycan, Bakı, 26 iyun /Trend/

ABŞ Nümayəndələr Palatasının Təxsisatlar Komitəsinin yaydığı məlumatda bildirilir ki, komitə 2015-ci il üçün nəzərdə tutulan büdcəsinə dair dəyərləndirmə keçirib, dövlət və xarici əməliyyatlar təxsisatları qanununu təsdiq edib.

Trend-in AzərTAc-a istinadən verdiyi məlumata görə, dəyərləndirmə zamanı bildirilib ki, 2015-ci il üçün nəzərdə tutulan xarici yardım 48,3 milyard dollar təşkil edəcək ki, bu da 2014-cü ildəkindən 708 milyon dollar və ABŞ Prezidentinin 2015-ci il üçün tələb etdiyi məbləğdən 277 milyon dollar azdır.

Azərbaycan üçün müsbət məqam ondan ibarətdir ki, Nümayəndələr Palatasının Təxsisatlar Komitəsinin qanun layihəsinin mətnində əvvəlki illərdə qeyd olunmuş "Dağlıq Qarabağ münaqişəsi qurbanlarına yardım" ifadəsi 2015-ci il üçün nəzərdə tutulan qanun layihəsindən çıxarılıb.

Erməni lobbisi hər il ABŞ Konqresinin Təxsisatlar Komitəsinə Dağlıq Qarabağ regionuna 5 milyon dollar məbləğində yardımın ayrılmasını təklif edir. Lakin Azərbaycan tərəfinin səyləri nəticəsində erməni lobbisinin və ermənipərəst konqresmenlərin təklif etdiyi məbləğ qəbul edilməyib. Həmçinin 2014-cü ilə qədər istifadə olunmuş ifadə də aradan qaldırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti