...

Cəbhə xəttində keçirilən monitorinq zamanı insident qeydə alınmayıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 İyul 2014 13:12 (UTC +04:00)
Cəbhə xəttində ATƏT-in növbəti monitorinqi baş tutub.
Cəbhə xəttində keçirilən monitorinq zamanı insident qeydə alınmayıb

Azərbaycan, Bakı, 2 iyul /Trend, müxbir İlkin İzzət/

Cəbhə xəttində ATƏT-in növbəti monitorinqi baş tutub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq iyulun 2-də Goranboy rayonu Tapqaraqoyunlu kəndinin cənub-qərb istiqamətindəki qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

Qeyd edək ki, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik və səhra köməkçisi Yevgeni Şarov, təmas xəttinin qarşı tərəfində isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov, Piter Svedberq və Jiri Aberle keçiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti