...

XİN: Ermənistan tərəfi Azərbaycan Prezidenti ilə görüşə konstruktiv əhvalla gedir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 Oktyabr 2014 12:27 (UTC +04:00)
Ermənistan tərəfi bu ayın sonunda Parisdə keçiriləcək Azərbaycan və Ermənistan prezidentləri ilə görüşə konstruktiv əhval-ruhiyyə ilə gedir.
XİN: Ermənistan tərəfi Azərbaycan Prezidenti ilə görüşə konstruktiv əhvalla gedir

Azərbaycan, Bakı, 23 oktyabr /Trend, müxbir Elmira Tariverdiyeva/

Ermənistan tərəfi bu ayın sonunda Parisdə keçiriləcək Azərbaycan və Ermənistan prezidentlərinin görüşünə konstruktiv əhval-ruhiyyə ilə gedir. Bunu Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan cümə axşamı jurnalistlərə bildirib. Bu barədə Trend "Novosti-Armeniya"ya istinadən xəbər yayıb.

Onun sözlərinə görə, Yerevan Fransa Prezidenti Fransua Ollandın bu təşəbbüsünü yüksək qiymətləndirir.

Nalbandyan qeyd edib: "Parisdə görüş son üç ay ərzində həmsədr ölkələr tərəfindən təşəbbüs göstərilən sayca ikinci görüş olacaq. Bu, həmsədr ölkələrin Qarabağ münaqişəsinin dinc yolla nizamlanması prosesində irəliləyişə nail olması üçün yekdil fəal səylər göstərmək qətiyyətlərini nümayiş etdirir".

Fransa Prezidenti Fransua Olland bundan əvvəl Parisdə Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün keçirilməsi barədə təşəbbüslə çıxış edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti