...

Edvard Nalbandyan: Prezidentlərin Paris görüşü konstruktiv və faydalı olub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 Oktyabr 2014 11:49 (UTC +04:00)
Parisdə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü konstruktiv, faydalı və səmimi keçib. Bunu Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan deyib.
Edvard Nalbandyan: Prezidentlərin Paris görüşü konstruktiv və faydalı olub

Azərbaycan, Bakı, 28 oktyabr /Trend, müxbir Elmira Tariverdiyeva/

Parisdə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü konstruktiv, faydalı və səmimi keçib. Bunu Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan deyib. Trend xəbər verir ki, bu barədə "Times.am" məlumat yayıb.

Erməni nazir bildirib: "Biz Fransa Prezidenti Fransua Ollanda Parisdə prezidentlər səviyyəsində Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına həsr olunmuş görüşü təşkil etdiyinə görə minnətdarıq. Son üç ay ərzində bu, artıq prezidentlərin Qarabağ münaqişəsinin nizamlanması məsələsi üzrə üçüncü görüşüdür və bu, göstərir ki, həmsədr ölkələr nizamlanma üzrə öz birgə səylərini sarsılmaz şəkildə davam etdirəcəklər".

E.Nalbandyan qeyd edib ki, Paris görüşü zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair çoxsaylı məsələlər müzakirə olunub, həmçinin Fransua Ollandın may ayında regiona səfəri zamanı təklif etdiyi və həmsədrlərin də bəyəndikləri etimadın möhkəmləndirilməsi üzrə tədbir keçirilib.

Oktyabrın 27-də Parisdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyanın ATƏT-in Minsk qrupunun həmsədrləri ilə birgə görüşü olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti