...

Almaniya səfiri: Azərbaycan və Ermənistan liderləri arasında dialoqun davam etdirilməsi vacibdir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 29 Oktyabr 2014 14:04 (UTC +04:00)
Almaniyanın Ermənistandakı səfiri Rayner Morel oktyabrın 27-də Parisdə Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan arasında keçirilən görüşü müsbət qiymətləndirib.
Almaniya səfiri: Azərbaycan və Ermənistan liderləri arasında dialoqun davam etdirilməsi vacibdir

Azərbaycan, Bakı, 29 oktyabr /Trend, müxbir Elmira Tariverdiyeva/

Almaniyanın Ermənistandakı səfiri Rayner Morel oktyabrın 27-də Parisdə Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan arasında keçirilən görüşü müsbət qiymətləndirib. Bu barədə Trend "Mediamaks"a istinadən xəbər verir.

Böyük Britaniya səfiri ilə birgə keçirilən mətbuat konfransında diplomat deyib: "Biz Fransa Prezidentinin görüş təşkil etmək təşəbbüsünə çox şad olduq, lakin ifrat dərəcədə nikbin olmaq və bir görüşdən böyük nəticələr gözləmək olmaz. Liderlər arasında dialoqun davam etdirilməsi vacibdir və bu il ərzində onlar artıq üçüncü dəfə görüşüblər".

Rayner Morel əlavə edib ki, iki ölkə liderləri "məzmunlu danışıqlara cəlb olunmağa çalışmalıdır".

Səfirin sözlərinə görə, Almaniya ATƏT-in Minsk qrupu həmsədrlərinin səylərini dəstəkləyir və bu formatın danışıqların davam etdirilməsi üçün yeganə əlverişli format olduğunu hesab edir.

Böyük Britaniyanın səfiri Ketrin Liç isə Azərbaycan və Ermənistan prezidentlərinin tez-tez görüşməyə başladıqlarını məmnunluqla qeyd edib.

Oktyabrın 27-də Parisdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyanın ATƏT-in Minsk qrupunun həmsədrləri ilə birgə görüşü olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti