...

"Roll Call": Kaliforniyanın separatçıları dəstəkləməsi ABŞ-ın xarici siyasəti haqqında yanlış siqnaldır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Noyabr 2014 16:28 (UTC +04:00)
Avropada ABŞ-a dünya siyasətinin episentri kimi baxırlar və məhz buna görə də bir çox ölkələr xaricdə ABŞ-ın xarici siyasəti haqqında səhv siqnallar göndərərək çaşqınlıq yaradan lobbiçilər tutmağa çalışırlar.
"Roll Call": Kaliforniyanın separatçıları dəstəkləməsi ABŞ-ın xarici siyasəti haqqında yanlış siqnaldır

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 6 noyabr /Trend, müxbir Elmira Tariverdiyeva/

Avropada ABŞ-a dünya siyasətinin episentri kimi baxırlar və məhz buna görə də bir çox ölkələr xaricdə ABŞ-ın xarici siyasəti haqqında səhv siqnallar göndərərək çaşqınlıq yaradan lobbiçilər tutmağa çalışırlar. Trend-in məlumatına görə, bunu İliya Dövlət Universitetinin Konstitutsiya Araşdırmaları Mərkəzinin direktoru, Tbilisidə Azadlıq İnstitutunun icraçı direktoru Georgi Meladze Amerikanın "Roll Call" saytında dərc olunmuş məqaləsində bildirib.

Müəllif yazır ki, Avropa üçün buna nümunə bu yaxınlarda lobbiçilərin günahı üzündən Kaliforniyanın qanunvericilik orqanında Azərbaycanın separatçı Dağlıq Qarabağ regionunun suveren dövlət kimi tanınması oldu.

Məqalədə deyilir ki, Amerikanın hüdudlarından kənarda onun siyasi orqanının belə qərar qəbul etməsi faktı ABŞ-ın xarici siyasəti haqqında yanlış fikir yaradır.

G.Meladzenin sözlərinə görə, heç kim anlamır ki, Amerika Konstitusiyasına əsasən ştatların qanunverici orqanları deyil, yalnız Konqres xarici siyasətə görə cavab verir və ştatların qanunvericilik məclislərinin xarici siyasət üzrə mövqeləri yalnız şoudur.

Məqalədə qeyd olunur ki, buna bənzər nümunələr nə üçün avropalıların əcnəbi lobbiçiliyin nəzarətdən çıxdığını düşünmələrini izah edir.

Nəşr yazır ki, yeri gəlmişkən, konqresmenlərə də bu siqnalların vurduğu ziyan və separatçıların öz rejimlərinin "dəstəklənməsi"ni nümayiş etdirmək üçün onlardan necə istifadə etdikləri barədə çox az şey məlumdur.

Reallıqda kaliforniyalı siyasətçilərin vaxtlarını və resurslarını boş yerə sərf etdikləri separatçı rejimin müstəqilliyi çağırışını dəstəkləmək üçün liderlərinin təbliğat kimi istifadə etdikləri bu qətnamə Ermənistana və separatçı Dağlıq Qarabağa yanlış siqnal göndərdi.

Müəllif yazır: "Nəticə: daha çox gərginlik və münaqişənin nizamlanmasında yubanma, zorakılığın artması və daha çox qan tökülməsi. Hər şey Kaliforniya əhalisinin öz nümayəndələrini (qanunverici orqanda) şüursuz dəstəkləməsi üzündən..."

Müəllif hesab edir ki, ABŞ-ın xarici siyasəti Dağlıq Qarabağ münaqişəsinin nizamlanması kimi vəziyyətlərdə zəifləyir.

G.Meladze yazır: "Konqresin ABŞ-ın xarici siyasəti haqqında siqnalları ştatların qanunverici orqanları tərəfindən təhrif edilir. Belə lobbi ifratçılığı nə Vaşinqtona, nə də onun Avropadakı tərəfdaşlarına xeyir gətirir".

Məqalədə deyilir: "Buna görə də Konqres dövlət səviyyəsində Amerikanın xarici siyasətini gözdən salan və onun müttəfiqlərini çaşdıran lobbiçiliyi cilovlamalıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti