Əli Həsənov: Status-kvonun dəyişdirilməsi torpaqların azad edilməsi deməkdir (FOTO)

Əli Həsənov: Status-kvonun dəyişdirilməsi torpaqların azad edilməsi deməkdir (FOTO)

Azərbaycan, Bakı, 7 noyabr /Trend/

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin birgə təsis etdikləri Qarabağ Araşdırmalar Mərkəzində noyabrın 7-də ali məktəb tələbələri üçün "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: tarixi kökləri, mərhələləri və həlli perspektivləri" proqramı üzrə növbəti qısamüddətli kurslara yekun vurulub.

Oktyabrın 22-dən noyabrın 7-dək davam edən kursların dinləyiciləri Azərbaycan Dillər Universitetinin tələbələri olublar.

Trend AzərTAc-a istinadən məlumat verir ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri, professor Əli Həsənov kursların sonuncu günündə tələbələr qarşısında "Münaqişənin nizama salınması istiqamətində aparılan danışıqlar prosesində Azərbaycan dövlətinin mövqeyi" mövzusunda mühazirə ilə çıxış edib.

Professor Ə.Həsənov Ermənistanın təcavüzkar siyasətindən, münaqişənin nizama salınması prosesində qeyri-konstruktiv mövqeyindən danışıb. Prezident Administrasiyasının şöbə müdiri deyib: "Ermənistan çalışır ki, bu məsələni maksimum dərəcədə uzatsın və status-kvo dəyişməz olaraq qalsın. Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçıları dəfələrlə bəyan ediblər ki, status-kvo qəbuledilməzdir, dəyişdirilməlidir. Status-kvonun dəyişdirilməsi işğal olunmuş torpaqların əslində azad edilməsi deməkdir".

Azərbaycanın ərazi bütövlüyünün dünya birliyi tərəfindən tanındığını vurğulayan Ə.Həsənov bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Şöbə müdiri beynəlxalq təşkilatların qəbul etdiyi müvafiq qərar və qətnamələrdə də hüquqi cəhətdən bizim mövqeyimizin kifayət qədər möhkəm olduğunu bildirib.

Azərbaycanın diplomatik səylərini, son vaxtlar dövlətimizin hücum diplomatiyasına üstünlük verdiyini qeyd edən Ə.Həsənov diqqətə çatdırıb ki, Prezident İlham Əliyev bu işğal, etnik təmizləmə siyasəti və ərazilərimizin müvəqqəti olaraq itirilməsi ilə heç vaxt barışmayacağını bildirməklə yanaşı, öz torpaqlarımızı azad etmək üçün tam əsasımızın olduğunu və münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində həllinin vacibliyini vurğulayıb: "Biz Azərbaycan Prezidentinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yürütdüyü böyük siyasətə dəstək verməliyik. Eyni zamanda, ermənilərin təcavüzkar siyasətinə ağıl və intellektlə yanaşmalı, həm də güclü olmalıyıq".

Professor Ə.Həsənov tələbələrin diqqətinə çatdırıb ki, biz dövlətimizin başçısının Azərbaycan vətəndaşları, ziyalıları, ictimaiyyəti qarşısında qoyduğu və dəfələrlə vurğuladığı missiyanı - hücum diplomatiyasını yaddan çıxarmamalı, təcavüzkar Ermənistanın bütün dünyada ifşa edilməsinə nail olmalıyıq.

Kurslarda "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin Qarabağ Araşdırmalar Mərkəzinin rəhbəri, Dövlət İdarəçilik Akademiyasının dosenti Elçin Əhmədov "Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və təcavüzkarlıq siyasətinin tarixi kökləri və mərhələləri", AMEA-nın Tarix İnstitutunun professoru, tarix elmləri doktoru Kərim Şükürov "Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi və onun nəticələri", Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının şöbə müdiri, AMEA-nın Tarix İnstitutunun Qarabağ şöbəsinin böyük elmi işçisi Nazim Mustafa "XX əsrin əvvəllərində ermənilərin azərbaycanlılara qarşı təcavüzü (1905-1906)"; AMEA-nın Şərqşünaslıq İnstitutunun professoru, tarix elmləri doktoru Solmaz Tohidi-Rüstəmova "Azərbaycanlıların soyqırımı (1918-1920-ci illər); Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tarix kafedrasının müdiri, dosent Firdovsiyyə Əhmədova "Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları (1918-1923-cü illər)"; tarix elmləri doktoru, professor, Milli Məclisin deputatı Musa Qasımlı "Sovet dövründə Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti və onun nəticələri (1945-1985)"; "Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyi idarə heyətinin üzvü, Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov "Ermənilərin azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasəti. Qaradağlı soyqırımı"; "Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyi idarə heyətinin üzvü, Milli Məclisin deputatı Elman Məmmədov "Ermənistanın Azərbaycana təcavüzünün genişlənməsi. Xocalı soyqırımı" mövzularında mühazirələr oxuyublar.

Sonda dinləyicilərə sertifikatlar verilib.

Serbiya Azərbaycana 170 milyon avro borcunu ödəyəcək
Serbiya Azərbaycana 170 milyon avro borcunu ödəyəcək
Türkiyədən Çinə hərəkət edən yük qatarı Bakı limanından keçəcək
Türkiyədən Çinə hərəkət edən yük qatarı Bakı limanından keçəcək
Azərbaycanın Türkiyədən sement idxalı azalıb
Azərbaycanın Türkiyədən sement idxalı azalıb
Loading Bars
Xəbər lenti
Çində mədəndə partlayış olub, çox sayda ölən var
Koronavirus qripdən necə fərqlənir?
Parsidə etiraz aksiyası zamanı polislər gözyaşardıcı qazdan istifadə edib
Gürcüstanda koronavirusdan daha 37 nəfər ölüb
Türkiyə silahlarının effektivliyi Qarabağdakı son müharibə zamanı sübut edildi - Hulusi Akar
Bakıda yaşayış binasında baş verən yanğın söndürülüb (ƏLAVƏ OLUNUB)
Ermənistan müxalifəti Paşinyanın dekabrın 8-ə qədər istefaya getməsini tələb edib
Afrikada koronavirusdan ölənlərin sayı 53 min nəfəri ötüb
Prezident İlham Əliyev Xocalı soyqırımı törətmiş cəlladları da məhv etdi - Politoloq
Vətən müharibəsində qələbəyə həsr olunmuş hərbi paradın vaxtı açıqlandı - RƏSMİ (FOTO/VİDEO)
İtaliya Parlamenti Deputatlar Paltasının nümayəndə heyəti Gəncəyə səfər edib (FOTO)
Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramovun Beynəlxalq Könüllülər Günü təbriki
Azərbaycan Könüllülərinin III Həmrəylik Forumu keçirilib və “İlin Könüllüsü” mükafatı qalibləri elan olunub (FOTO)
Türkiyədə 5,2 bal gücündə zəlzələ olub
Dərsliklərdə Sinqapur təcrübəsi müzakirə edilib
Latviya Azərbaycanlılarının “Azəri” Cəmiyyətinin İdarə Heyətinin sədri Prezident İlham Əliyevi təbrik edib
AŞF FİDE-yə müraciət ünvanlayıb
Qarabağ səmalarında Azərbaycan bayrağı dalğalanır - Ərdoğan
Sumqayıtda karantin qaydalarını pozaraq fəaliyyət göstərən tədris müəssisəsi aşkarlanıb (FOTO/VİDEO)
Kəlbəcərin sonsuz gözəlliyi (FOTO/VİDEO)
Prezidentə yazırlar: Siz Azərbaycan xalqına dayaqsınız
Mingəçevir Dövlət Universitetində turizm mövzusuna həsr olunan birgə layihənin IV modul təlimi keçirilib (FOTO)
İranın sabiq vitse-prezidenti həbs edildi
Ceyhun Bayramov və Sergey Lavrov arasında telefon danışığı olub
Bu şəhər və rayonlarda sərtləşdirilmiş xüsusi karantin rejiminin müddəti uzadıldı
Azərbaycanda 4323 nəfər COVID-19-a yoluxub, 2180 nəfər sağalıb, 42 nəfər vəfat edib
“The New York Times” qəzetində Ağdamın Çıraqlı kəndi barədə məqalə dərc edilib
"Qarabağ"ın daha 5 futbolçusunda koronavirus aşkarlandı
İraq Türkmən Cəbhəsinin sədri Prezident İlham Əliyevi təbrik edib
Müdafiə Nazirliyinin nəzdində sutka ərzində fasiləsiz qaynar telefon xətləri fəaliyyət göstərir
Yerevanda növbəti etiraz aksiyası başlayıb
Polşada fermerlər traktorlarla yolu bağladı
AzəriMed QSC-nin əməkdaşı İlkin Ağakişiyev şəhidlik zirvəsinə ucaldı
Diaspor rəhbəri niderlandlı antropoloqa tarixi faktlara əsaslanan tutarlı cavab verib
Ermənilər terrorçunu Xudavəng monastırına rəhbər təyin etmişdilər - Rusiya KİV
İranda koronavirusdan ölənlərin sayı 50 min nəfəri keçdi
"Napoli"nin stadionuna Maradonanın adı verilib
Belarus portalında Azərbaycanın Vətən müharibəsində Zəfər qazanması barədə məqalə dərc edilib
RİİB-in təşəbbüsü ilə Könüllülər himni hazırlanıb (VİDEO)
Koronavirus xəstəsi ictimai yerdə saxlanılıb (FOTO)
Alban-udin xristian provaslav icmasının sədr müavini Xudavəng monastırına vaiz təyin olunub
50 gün idi itkin düşən gənc şəhid kimi qayıtdı (FOTO)
Gəncədə dezinfeksiya aparılıb (FOTO)
6 şəhər və rayonda şəhid ailələri və müharibə əlillərinə ev verilib (FOTO)
Qohumunun evindən oğurluq edən şəxs saxlanılıb
İqtidarın siyasi dialoq təşəbbüslərinin praktiki nəticələri göz qabağındadır (FOTO)
Mənzildən naməlum meyit tapılıb
İspaniya mediasında Azərbaycan həqiqətlərindən danışılıb
“Regional İnkişaf” İctimai Birliyinin ölkə üzrə könüllülərinin onlayn görüşü keçirilib (FOTO)
“Suqovuşan” elektrik stansiyaları 3 ay ərzində istismara veriləcək (VİDEO)
Sabahın hava proqnozu açıqlanıb
"Könüllülər ili”nə həsr olunmuş poçt markası hazırlanıb (FOTO)
"Meliorasiya və Su Təsərrüfatı" 1,26 miyon manatlıq müqavilə imzalayıb
Rusiyada yenidən koronavirusa rekord yoluxma qeydə alındı
Azərbaycan nefti bahalaşır
Bütövləşən Azərbaycan - 44 günlük Zəfər Salnaməmiz (FOTO/VİDEO)
Təkcə Qarabağ deyil, xalqın 90-cı illərdə dövlətinə sarsılmış inamı geri qayıtdı - Tarixçi
Ermənilər monastrdakı bütün əşyaları məhv ediblər - Xudavəng monastrına təyin olunan vaiz
Ermənistan terroru nəticəsində həlak olan 94 mülki şəxsə şəhid statusu verilib və aylıq ödənişlər təyin olunub
Gələn ilin bayram günləri müəyyənləşib
Könüllülər üçün xüsusi təklif! (VİDEO)
İnsanlar qaydalara ciddi riayət etməsə, bizi daha çətin vəziyyət gözləyir - Deputat
Prokurorluq daha 3 COVİD - 19 xəstəsinə cinayət işi başladı
KOB könüllülərinin “Könüllülər ili”nə töhfəsi
Vəkillər Kollegiyası erməni təcavüzü ilə bağlı 230 beynəlxalq təşkilata müraciət etdi
DİN-nin şəhid baş leytenantı Kamran Kazımov (FOTO)
Zərdabda yaşayış yerini tərk edən daha bir COVİD-19 xəstəsi barədə cinayət işi başlandı (VİDEO)
Bakıda 25 yaşlı COVİD 19 xəstəsi barədə cinayət işi başlandı (VİDEO)
Qarabağ Azərbaycanın və Cənubi Qafqazın aparıcı İT mərkəzinə çevrilə bilər
Bərdədə evi tərk edən aktiv koronavirus xəstəsinə cinayət işi başlandı
Bakıda ad günü keçirən qızlar və restoran sahibi cərimələndi (VİDEO)
Xudavəng monastırının dini varisləri geri qayıtdı - Monastıra vaiz təyin olundu (VİDEO)
İctimai yerlərdə aşkarlanan daha 9 koronavirus xəstəsi barədə cinayət işi başlandı
Bu il Azərbaycana idxal edilən əsas məhsulların siyahısı açıqlanıb
Moskvada koronavirusdan peyvəndləmə başlayıb
“Lexus” hasara çırpılaraq yandı
Göyçayda yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi saxlanıb
Bizim üçün qorxu deyilən şey yox idi, ölümdən belə qorxmurduq - Qarabağ qazisi
ABŞ "TikTok"un amerikan seqmentinin son satış tarixini uzatmamağa qərar verdi
Limandakı partlayışdan sonra Beyrutun bərpası 2,5 milyard dollara başa gələcək
TAP 2021-ci ildə boru kəmərinin buraxılış gücünün artırılması məqsədilə sınaq keçirəcək
Renuarın rəsm əsəri 1,18 milyon dollara satıldı
Tayson və Cons arasındakı döyüşdən əldə edilən qazanc açıqlandı
Aİ və Britaniya Brexit mövzusunda razılığa gələ bilmədilər
Avstriyanın sabiq maliyyə naziri korrupsiyaya görə 8 il həbs cəzasına məhkum edildi
ABŞ hərbçiləri Somalini tərk edir
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 628 mindən çox artıb
Azərbaycan könüllüləri portalının təqdimatı keçirilib (FOTO)
Moskvada son sutkada 6 868 koronavirusa yoluxma halı aşkarlanıb
ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Vətən müharibəsi şəhidlərinin anım mərasimi keçirilib (FOTO)
ABŞ bir sıra Çin rəsmilərinə viza məhdudiyyətləri tətbiq edir
Azərbaycan Texniki Universiteti və Mingəçevir Dövlət Universitetinin birgə təşkilatçılığı ilə növbəti nəzəri-praktiki seminar keçirilib (FOTO)
Heydər Əliyev Mərkəzi, “Alov qüllələri” və Bakı Olimpiya Stadionu Azərbaycan bayrağı ilə işıqlandırılıb (FOTO)
Samux rayonunda evdə partıayış olub
Estoniya prezidenti özünü təcrid edir
Türkiyədə koronavirusdan sağalanların sayı 423 mini keçib
Silahlı Qüvvələrin Yardım Fonduna daxil olan vəsaitin miqdarı açıqlanıb
Ailəmin kədərini görmək istəməzdim - Şəhidlə olmayan müsahibə
Karantin qaydalarını pozaraq toy məclisi təşkil edən şəxslər həbs edilib
ABŞ və Kanadanın Buxara Yəhudiləri Konqresinin prezidenti Azərbaycanın dövlət başçısını təbrik edib
Bütün xəbərlər