...

Ermənistan Hərbi Hava Qüvvələrinə məxsus Mi-24 tipli helikopter məhv edilərkən (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 Noyabr 2014 21:15 (UTC +04:00)
Nazirliyin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, cavab atəşilə düşmənin döyüş cütlüyündən ibarət helikopterlərindən biri vurulub, digəri isə atəş zonasını tərk etməyə məcbur olub
Ermənistan Hərbi Hava Qüvvələrinə məxsus Mi-24 tipli helikopter məhv edilərkən (FOTO)

Azərbaycan, Bakı, 12 noyabr /Trend, müxbir İlkin İzzət/

Müdafiə Nazirliyi bildirir ki, əldə olunan dəqiqləşdirilmiş məlumata əsasən noyabrın 12-də cəbhənin Ağdam rayonu istiqamətində Ermənistan Respublikasının Hərbi Hava Qüvvələrinə məxsus döyüş cütlüyündən ibarət Mi-24 tipli helikopterləri müdafiənin ön xəttində yerləşən mövqelərimizə hücum edərək atəşə tutublar.

Nazirliyin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, cavab atəşilə düşmənin döyüş cütlüyündən ibarət helikopterlərindən biri vurulub, digəri isə atəş zonasını tərk etməyə məcbur olub.

Xəbər lenti

Xəbər lenti