...

Cəbhədə gərginlik davam edir: atəşkəs 56 dəfə pozulub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 13 Noyabr 2014 09:43 (UTC +04:00)
Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 56 dəfə pozulub.
Cəbhədə gərginlik davam edir: atəşkəs 56 dəfə pozulub

Azərbaycan, Bakı, 13 noyabr /Trend, müxbir İlkin İzzət/

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 56 dəfə pozulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, erməni silahlı bölmələri Ermənistan Respublikasının Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar.

Tərtər rayonunun Çiləbürt, Göyarx, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Sarcalı, Kəngərli, Şıxlar, Füzuli rayonunun Horadiz, Aşağı Veysəlli, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında, həmçinin Göygöl, Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti